Nida Təhlil
Bakı bu cəbhədə İrəvanı DİZ ÇÖKDÜRDÜ - Melikyan 4 saatlıq görüşün DETALLARINI AÇDI
“Xarici işlər nazirlərinin Parisdə keçirilən görüşü
Ermənistanın maraqları kontekstində hər hansı predmetə təsir
göstərmədi. Əksinə, baş verənlər rəsmi Bakının siyasətinə
uyğundur”.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq
Arman Melikyan deyib.
Onun sözlərinə görə, Nikol Paşinyanın Qarabağı danışıqlar masasına
gətirmək cəhdləri baş tutmadı: “Bakı ideyaya qarşı çıxdı və İrəvan
Qarabağı masaya tərəf kimi gətirmək üçün heç nə edə bilmədi. Xarici
işlər nazirlərinin görüşü də hazırda aparılan siyasətin Azərbaycan
“dəyirmanına su tökdüyünü” göstərir”.
Erməni politoloq rəsmi İrəvanın passiv siyasətinin narahatlıq
yaratdığını qeyd edib.
“Münaqişənin nizama salınması ilə bağlı aktiv proqramın olmaması
2016-cı ildə “aprel müharibəsi”nin baş verməsinə və ərazilərin bir
qisminin Azərbaycan tərəfindən azad edilməsinə səbəb oldu.
Həmsədrlərin sülh çağırışları məni narahat etmir, həyəcanlandırıcı
məqam rəsmi İrəvanın real siyasət yürütməməsidir. Bu, hələ keçmiş
hakimiyyətin dövründə də belə idi, təəssüf ki, vəziyyət hələ də
kardinal şəkildə dəyişmədi. Əgər belə davam edəcəksə, Ermənistanın
yeni hakimiyyəti ciddi çətinliklərlə rastlaşacaq və bizim
itkilərimizin həcmi artmağa davam edəcək”, - deyə o bildirib.
Melikyan hesab edir ki, Paris görüşü Azərbaycanın diplomatik
qələbəsidir: “Hətta Məmmədyarovla Mnatsakanyan 4 saat ərzində heç
nə danışmadan bir-birinin üzünə baxıblarsa belə, bu, danışıqların
başlanması kontekstində Bakının uğurudur. Hərçənd, biz görüşdə
nəticəyə hesablanmış konkret məsələlərin müzakirə edildiyini
bilirik”.
Asif
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü