Nida Təhlil
"Azərbaycana qarşı ortaya qoyulan mövqe ədalətsiz və qərəzli olub" - ŞƏRH
“Ermənistanda dəfələrlə böyük cinayət hadisələri olub. Lakin beynəlxalq dairələr bir dəfə də olsun, öz obyektiv mövqeyini nümayiş etdirməyib. Lakin Azərbaycana qarşı ortaya qoyulan mövqe ədalətsiz, qərəzli və subyektiv olub”.
Bu fikirləri Publika.az-a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə İrəvanın “Nubaraşen” təcridxanasında saxlanılan Erməni qartalları: Vahid Ermənistan partiyasının sədr müavini Mqer Yeqiazaryanın aclıq aksiyası nəticəsində ölməsi və Avropa Parlamenti daxil olmaqla, beynəlxalq dairələrin bu məsələyə səssiz qalması ilə bağlı danışarkən deyib.
V.Rəhimzadə bildirib ki, tək bu gün deyil, uzun müddətdir ki, biz Qərb dairələrinin Azərbaycana qarşı ikili standart siyasəti yürütdüyünün şahidi oluruq:
“Bu siyasətin iki deyil, hətta beş standartı var. Özünü “demokratiya beşiyi” adlandıran ölkələrin bir neçə üzü və standartları mövcuddur. Təəssüf ki, dünyada beynəlxalq hüquqa hər kəs öz istədiyini mənanı verir və yanaşır. Ermənistanda dəfələrlə böyük cinayət hadisələri olub. Lakin beynəlxalq dairələr bir dəfə də olsun, öz obyektiv mövqeyini nümayiş etdirməyib. Lakin Azərbaycana qarşı ortaya qoyulan mövqe ədalətsiz, qərəzli və subyektiv olub. Bu gün Avropanın bir çox ölkələrində mütəmadi olaraq mitinqlər keçirilir, orada nümayişçilərə qarşı amansız rəftarların şahidi oluruq. Dünən Fransada keçirilən küçə nümayişlərini izləyirdim. Gördüm ki, polis etirazçılara gözyaşardıcı qaz tətbiq edib və bunun nəticəsində bir sadə vətəndaş gözündən ciddi xəsarət alıb. Lakin bu hallara qarşı nə Avropa Parlamenti, nə də dünyanın beynəlxalq təşkilatları bir dəfə də səsini çıxarmayıb. Obyektiv yanaşmırlar. Amma Azərbaycanda baş verən xırda bir hadisəni fil boyda edib insan haqlarının, demokratiyanın pozulması kimi sırımağa cəhd edirlər. Bu, ikili standartların deyil, beşli standartların nümunəsidir. Bu ədalətsizliyin, haqsızılığın, insanlığa qarşı qərəzin və bütövlükdə, dünyada gedən anormal siyasətin bariz şəkildə özünü göstərməsidir. Ermənistanda parlamentə belə silahlı basqın olub, qətliam törədildi. Lakin bircə dəfə bununla bağlı normal mövqe ortaya qoyulmadı. Lakin həmin təşkilatlar qərəzli şəkildə daim Azərbaycanla bağlı ən xırda nüansları belə dünyaya çatdırmaq istəyir. Buna görə də dünyada ağrılı-acılı problemlər baş alıb gedir. İkili standartların nümunəsidir ki, Şərq ölkələri problemlərin içində boğulduğu halda, Avropa susur”.
Zümrüd
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı