Nida Təhlil
Milli Şuranın növbəti iflası: Müxalifət özünü Rəsulzadənin önündə DƏFN ETDİ
Yanvarın 19-da Milli Şura və digər partiyaların “Məhsul”
stadionunda keçirdiyi mitinqdən sonra müxalifət cameəsində ciddi
eyforiya yarandı. Səbəb mitinqə 2800 nəfərin gəlməsi və illər sonra
stadionun bir qədər dolu görünməsi idi. 2800 nəfərlik aksiya
Azərbaycan əhalisinin sayına və ölkədə potensial seçici sayına
nisbətdə qum zərrəsi qədər görünsə də, müxalifət üçün bu, böyük
rəqəm idi.
2017-ci ilin 8 aprel mitinqi – iştirakçı sayı 800-100 nəfər;
2017-ci ilin 23 sentyabr mitinqi – iştirakçı sayı 600-700 nəfər;
2017-ci ilin 28 oktyabr mitinqi – iştirakçı sayı 1000 nəfər;
2018-ci ilin 10 mart mitinqi – iştirakçı sayı 1500 nəfər; 2018-ci
ilin 31 mart mitinqi – iştirakçı sayı 1200 nəfər; 2018-ci ilin 14
aprel mitinqi – iştirakçı sayı 1000 nəfər;
Bu, son iki il ərzində keçirilən mitinqlərdə iştirakçı sayının
statistikasıdır və ən pik hədd ötən ilin 10 martında – 1500 – qeydə
alınıb. Sonrakı mitinqlərdə iştirakçılar azalan templə davam edir.
Yalnız 19 yanvar mitinqində 2800 nəfər iştirak etdiyi üçün
müxalifətin “çiçəyi çırtladı”. Bu mitinqdən bir gün sonra - 20
yanvarda Şəhidlər xiyabanını ziyarət edən Milli Şura arxasında “on
minlərlə” insanın gəldiyini, lakin buna icazə verilmədiyini iddia
etdi. Bu, “2800 nəfərlik” eyforiyanın nəticəsində yaramış iddia
idi.
Ən maraqlısı isə müxalifətin Prezident İlham Əliyevin sosial
siyasətini öz adına çıxması qədər gülməli iddia irəli sürməsi
oldu.
Son günlər Prezident İlham Əliyevin şəhid ailələrinə birdəfəlik
müavinətin verilməsi ilə bağlı sərəncamı, dövlət başçısının şəhid
ailələri ilə görüşü, o cümlədən, bütün şəhid ailələrinin evlə təmin
edilməsi istiqamətində tapşırıqların verilməsi, bununla yanaşı,
struktur islahatları nəticəsində fəaliyyətinə xitam verilmiş
orqanların əməkdaşlarının işlə təmin olunması barədə Prezidentin və
Birinci vitse-prezidentin tapşırıqları gündəmin əsas hadisələri
oldu. Azərbaycan dövləti hər zaman olduğu kimi yenə də vətəndaşının
yanındadır. Lakin müxalifət iddia edirdi ki, onlar “çoxminlik
möhtəşəm mitinq” keçirdikləri üçün hakimiyyət bu addımları
atıb.
Bu iddialar üzərində “baş sındırmaq” vaxt itkisi olsa da, Müsavat,
AXCP və digər partiyaların Məmməd Əmin Rəsulzadənin abidəsini
ziyarətə getməsi və ortaya çıxan mənzərə onların öz iddialarının
özləri tərəfindən alt-üst edilməsi ilə nəticələndi.
Ziyarət mərasimini işıqlandıran jurnalistlərin müşahidələrinə
əsasən ortaya çıxan rəqəmlər belədir:
- AXCP sədri Əli Kərimli və Milli Şura rəhbərliyinin
arxasınca gələnlər - 100 nəfərdən bir qədər çox;
- Müsavat Partiyasının tərəfdarları – 100 nəfərdən bir qədər
çox;
- AXP sədri Pənah Hüseynin tərəfdarları – 3 nəfər;
- Digər partiya sədrləri – 1 nəfər, o da özləri;
Ümumi statistika müxalifətin Rəsulzadəni ziyarətə 200 nəfərdən bir
qədər çox tərəfdarı ilə qatıldığını təsdiqləyir. Hərçənd, son 10
gündə sosial şəbəkələrdə Rəsulzadənin abidəsi önündə “möhtəşəm
aksiya” keçirəcəklərini bəyan edirdilər.
Məsələyə Əli Kərimlinin məntiqindən yanaşsaq, onun “on minlik”
aksiyasına polis mane olmuşdusa, bəs Rəsulzadənin ziyarətində niyə
on minlərlə tərəfdar iştirak etmədi? Bu fakt “hakimiyyət 19 yanvar
mitinqinə görə islahatlara getdi” iddiasının absurdluğunu bir daha
ortaya çıxardı. Halbuki, dövlətin öz vətəndaşının yaxşı yaşaması
üçün çalışması, xüsusilə şəhid ailələri üçün etdikləri siyasi
mövqeyindən asılı olmayaraq, hər kəs tərəfindən
dəstəklənməlidir.
Burada Rəsulzadənin “Firqə ehtirasları, şəxsi qərəzləri və
bütün bu kimi Vətən və millət qayəsi qarşısında sofla qalan
qərəzlər atılmalı, Vətən qayğısı və millət duyğusu hər şeydən
yüksək tutulmalıdır” sözləri yada düşür. Bu gün Rəsulzadə
adını monopoliyaya alaraq, onun kölgəsi altında müxalifətçilik
oyunu oynayanlar görəsən, bu sözlərdən bir şey anlayırlarmı?!
Asif Nərimanlı - https://asifnerimanli.wordpress.com/
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO