Erməni terrorunun qurbanı olan azərbaycanlı nazirin SON SÖZLƏRİ: "Pəncərələri açın..." - FOTO
Bizi izləyin

Nida Təhlil

Erməni terrorunun qurbanı olan azərbaycanlı nazirin SON SÖZLƏRİ: "Pəncərələri açın..." - FOTO

18 iyul tarixində erməni cəlladlarının Azərbaycana vurduğu daha bir qanlı zərbənin ildönümü baş tutacaq.

Publika.az xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimi, siyasətçi, Azərbaycan Demokratik Respublikasında Daxili İşlər naziri (1918), Azərbaycan Demokratik Respublikasının Ticarət və Sənaye naziri müavini, Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın nəticəsi, Azad xanın oğlu Behbud xan Cavanşirin Türkiyədə sui-qəsd nəticəsində öldürülməsindən 98 il ötür.

Milli Məclisin deputatı Musa Qasımlı Behbud xan Cavanşirin öldürülməsinin tarixçəsini Publika.az-la bölüşüb: “Mən Behbud xan Cavanşirin öldürülməsi ilə bağlı məlumatı ilk dəfə Türkiyə mənbələrindən, hələ 1990-cı ildə işləyərkən tapmışdım. Azərbaycan Xalq Cümhuriyyətinin Daxili işlər naziri Behbud xan Cavanşirin erməni terrorçusu Misak Torlakyan tərəfindən öldürülməsi həmin dövrün ən ağır cinayətlərindən biridir. Bu terror aktı İstanbul şəhərində “Pera Palace” hotelinin qarşısında baş tutub. Terror aktının necə törədilməsi İstanbulda nəşr olunan “İqdam” qəzetində təsvir edilib. Behbud xan Cavanşir həyat yoldaşı bir neçə şəxslə hoteldə Əhməd bəy Ağaoğlunun evindən qayıdanda terrorçu onu vurur. Nazir terrorçunu yıxıb ayağı altına salır. Həyat yoldaşı da terrorçunu döyməyə başlayır. Amma Torlakyan qaçmağı bacarır. Behbud xanı xəstəxanaya aparırlar. O bildirir ki, onu ancaq ermənilər öldürməyə cəhd göstərə bilər. Çünki ermənilərdən başqa düşməni olmayıb. Hətta qəzetdə belə bir yazı da gedir. Deyirdi ki: “Pəncərələri açın, havam çatmır, boğuluram”.

Millət vəkili qeyd edib ki, Behbud xan Cavanşirin sui-qəsdə məruz qalması yeganə belə hadisə deyildi: “Buna qədər Fətəli Xan Xoyski öldürülmüşdü. Sonrakı dövlərdə erməni terror təşkilatları türklərə qarşı terror aktları həyata keçirdilər. Türk diplomatlarını qətlə yetirdilər. 1988-ci ildən sonra erməni terrorçuları bu aktları Azərbaycana qarşı da yönəltdilər. Qatarların, avtobusların partladılması, ayrı-ayrı şəxslərin öldürülməsi halları artdı. Dövlət və siyasi xadimlərin öldürülməsi, mülki əhaliyə qarşı terror aktlarının törədilməsi erməni terror siyasi təşkilatlarının bəşəriyyət qarşısında ən ağır cinayətlərindən biridir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm