Vəziyyət olduqca gərgindir: Tramp hər an gedə bilər - EKSPERT
Bizi izləyin

Nida Təhlil

Vəziyyət olduqca gərgindir: Tramp hər an gedə bilər - EKSPERT

“Demokratlar Trampa qarşı kampaniyanı sona qədər davam etdirəcəklər”.

Bunu Publika.az-a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib.



Politoloqun fikrincə, hazırda Ağ Ev və Konqres arasında əsl qarşıdurma gedir: “Trampa qarşı böyük kampaniya başlanıb. Konqres bütün bu prosesləri keçərək belə qərar verib. Amma bu o demək deyil ki, Trampın istefaya getməsi artıq həll olunmuş bir məsələdir. Çünki bundan yuxarı palata var, yəni, Senat. Trampın Senatda kifayət qədər tərəfarları var. O, Respublikaçılar Partiyasının nümayəndələrinə böyük ümid bəsləyir. Hər şey ola bilər. Vəziyyət olduqca gərgindir. Hələlik Trampın qalmaq şansı var”.

Fikrət Sadıqov bildirib ki, aşağı palatanın belə bir qərar verməsi Tramp üçün çox acınacaqlı haldır: “ABŞ Konstitusiyasına görə, prezident hansısa səbəbdən istefaya getsə və ya vəzifədən uzaqlaşdırılsa, onun vəzifəsini vitse-prezident icra edir. Bu da seçkilərə qədər davam edəcək. Seçkilər 2020-ci ilin noyabr ayında keçiriləcək. Kimin seçiləcəyi bəlli deyil. Hər halda Demokratların hücumedici addımları onu göstərir ki, onlar Ağ Evə gəlməyə çox iddialıdırlar”.

Politoloq qeyd edib ki, impiçmentə səs verilməsində məqsəd Trampın nüfuzuna zərər vurmaqdır: “Onlar bu yolla Trampın prezident kimi çoxlu səhvlər buraxdığını sübut etmək istəyirlər. Bundan əlavə Demokratların məqsədi Trampın zəif namizəd kimi göstərilməsinə nail olmaqdır.

F.Sadıqov vurğulayıb ki, nəticə böyük sual altındadır: “Senat impiçment qərarını qəbul etsə, Tramp hakimiyyətdən getməlidir. Digər tərəfdən, o da bir reallıqdır ki, Trampın tərəfdarları da az deyil. Onu Amerika cəmiyyətində müəyyən dairələr dəstəkləyir”.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm