Nida Təhlil
Bu adam Azərbaycan siyasətini çirkləndirənləri “tənqidçi bloger” adlandırır - Həsənquliyev
Publika.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin "Xalq Cəbhəsi"nə müsahibəsini oxuculara təqdim edir:
- Qüdrət bəy, sosial şəbəkələrdə Avropada gizlənmiş, Əli Kərimlini müdafiə edib başqalarını söyən bir qrup ünsürlərin cinayət məsuliyyətinə cəlb edilib barələrində axtarış elan olunması ilə bağlı qərara Əli Kərimlinin münasibəti Sizi qane etdimi?
- Mən onun fikirləri ilə tanış oldum. Olduqca qeyri-səmimi, həm də ozünü ifşa edən bir yanaşma idi. Misal üçün, bu adam deyir ki, “mühacirətdə fəaliyyət göstərən blokçulara müraciət edirəm ki, söyüşü siyasi mübarizədə vasitə etmək məqbul deyil, çünki hökumətə faydalıdır. Azərbaycan siyasəti söyüşlərlə çirkləndirilirsə, bu iqtidarın ömrünü uzadır. Ona görə ki, sivil müstəvidə hökumət zəifdir”.
Belə olduğu təqdirdə, bu adamdan soruşmaq lazımdır ki, əgər səmimisənsə, bəs niyə iqtidarın ömrünü uzadanlarla öz aranda sərhəd qoymursan? Niyə bir dəfə də demədin ki, mən onların fəaliyyətini pisləyirəm, qınayıram. Belə insanlara bizim aramızda yer ola bilməz və onlar gec-tez layiq olduqları cəzanı alacaqlar. Axı, sən bilirsən ki, böhtan və təhqir cinayət məsuliyyəti yaradan əməllərdir. Amma əvəzində həmin adamları tənqidçi bloger adlandırdı və qorxmamaları, eyni zamanda başqalarına stimul vermək üçün qeyd etdi ki, Qərb onları heç zaman Azərbaycana verməyəcək. Söyüşçülərin axtarışa verilməsini isə həm də onunla əlaqələndirdi ki, “hökumət bununla mühacirətdə olan digərlərinin sərt mövqedən iqtidarı tənqid etmisinin qarşısını almaq istəyir”. Bu adam, özünün ifadəsi ilə desək, Azərbaycan siyasətini çirkləndirənləri tənqidçi bloger adlandırır. Budur çoxsifətli Əli Kərimli. Ona görə də nə qədər ki, o söyüşçülərlə öz arasında sərhəd qoyub onları lənətləməyəcək, cəmiyyət haqlı olaraq onu söyüşçülərin “mənəvi atası” hesab edəcəkdir.
- Siz necə qiymətləndirdiniz söyüşçülərin axtarışa verilməsini?
- Bu çoxdan edilməli idi. İnsan heç zaman şəxsi ləyaqətini itirməməlidir. Hətta hüquqlarının pozulduğunu, əsassız təqib olunduğunu düşünürsə belə. Qanunsuzluğa qarşı qanunsuzluq yalnız ictimai qınaq və hiddət doğurur. Nə cümləsinin mübtəda xəbəri söyüşlə başalayıb qurtaranlar, nə də bu cür elementlərdən istifadə edənlər heç vaxt sivil cəmiyyət qura bilməzlər. Onların söyüşlərinə qulaq asanlar isə əsasən özlərinin, yarınmaq istədiklərinin və sifariş verənlərin arvad-uşaqlarıdır. Qırmızı xətti keçənlər əmin olsunlar ki, Azərbaycanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, gec-tez layiq olduqları cəzanı alacaqlar.
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO