• USD 1,7000 0,00% EUR 1,9850 +0,38%
    • GBP 2,1863 +0,71% RUB 0,0215 -0,93%

Beynəlxalq təşkilatlar hansısa dövlətlərin əlində təzyiq vasitəsidir - Aynur Camalqızı

Beynəlxalq təşkilatlar hansısa dövlətlərin əlində təzyiq vasitəsidir - Aynur Camalqızı

“Xarici ölkələrdə, o cümlədən də ABŞ və inkişaf etmiş Avropa dövlətlərində vətəndaşların dinc aksiyalarına qarşı şiddət və güc tətbiq olunur”.

Bunu SİA-ya açıqlamasında Teleqraf Media Holdinqin rəhbəri Aynur Camalqızı deyib.

Onun sözlərinə görə, ABŞ-da, Avropa ölkələrində insan hüquqlarının pozulması həddində ifrat polis zorakılıqlarını, polislərin ağır fəsadlara yol açan hərəkətlərini “gör

Xarici ölkələrdə, o cümlədən də ABŞ və inkişaf etmiş Avropa dövlətlərində vətəndaşların dinc aksiyalarına qarşı şiddət və güc tətbiq olunur.

Publika.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı deyib.

Onun sözlərinə görə, ABŞ-da, Avropa ölkələrində insan hüquqlarının pozulması həddində ifrat polis zorakılıqlarını, polislərin ağır fəsadlara yol açan hərəkətlərini “görməyən” və “qeydə almayan”, özlərini insan hüquq və azadlıqlarının müdafiəçiləri elan edən beynəlxalq təşkilatlar və qurumlar Azərbaycanda polislərin qanuni tələblərinə tabe olmayanlara qarşı tədbirləri qəsdən konteksdən çıxarır, bunu tam fərqli biçimdə qələmə verməyə, təqdim etməyə çalışırlar:

“Biz illərdir ki, bunu görür və müşahidə edirik. Bu, əlbəttə ki, ikili standartdır. ABŞ-da baş verən qanunsuz həbslərin, hüquq-mühafizə orqanı əməkdaşlarının vətəndaşlara qarşı onların ölümünə belə gətirib çıxaran aqressiv davranışlarının dəfələrlə şahidi olmuşuq. Amma beynəlxalq insan haqları təşkilatları ən yaxşı halda qorxaq bir çağırışla kifayətləniblər.

Məsələn, biz hazırda pandemiya ilə bağlı bəzi Avropa ölkələrində kütləvi aksiyaların baş verdiyini və həmin aksiyaların gözyaşardıcı qazlarla, polisin aşırı müdaxiləsi ilə dağıdıldığını görürük. Bunu Avropa mediasının özü və sosial şəbəkələr açıq-aydın göstərir. Həmçinin Corc Floydun polis zorakılığı nəticəsində ölümündən sonra baş verən kütləvi aksiyalara qarşı zorakılıqları da gördük. Nə qədər qəribə də olsa, o aksiyaların davam etdiyi müddətdə yenidən ABŞ polisinin bir qaradərilini saxlayarkən aqressiv davranması nəticəsində onun öldüyü də hamıya bəllidir. Yaxud o aksiyalarda əlil arabasında olan şəxsin al-qana boyanmasını, yaxud polisin heç bir qanunsuz hərəkət etməyən aksiyaçını vurub yerə yıxmasını və onun başından qan açılmasına, huşsuz vəziyyətdə yerdə qalmasına baxmayaraq, polislərin onun yanından soyuqqanlı şəkildə keçməsini əks etdirən kadrlar dünyanı sardı. Hansısa beynəlxalq təşkilatın bunlara etiraz bəyanatı yayması kiminsə yadındadırmı?

Eləcə də son günlər Fransada “Sarı jiletlilər”in aksiyaları zamanı polis zorakılığı barədə çoxsaylı foto və videotəsvirlər yayılmışdı və o aksiyalarda xeyli sayda insan öldü və yaralandı.

Elə Ermənistana olan münasibəti götürək: beynəlxalq təşkilatlar eyni məsələ ilə bağlı Azərbaycana və Ermənistana fərqli yanaşma sərgiləyirlər. Ötən il Ermənistanda partiya sədri və media rəhbəri olan bir ictimai fəal, aktivist həbs olundu, öz həbsinə etiraz olaraq aclıq keçirməyə başladı və həbsxanada öldü. Mən həmin an gözləyirdim ki, bütün beynəlxalq təşkilatlar bununla bağlı Ermənistana yönəlik insan haqlarının kobud surətdə pozulması faktı ilə bağlı bəyanatlar verəcək və hansısa sanksiyalar müzakirə mövzusu olacaq və s. Amma nə qədər qəribə də olsa, heç bir beynəlxalq təşkilat bu məsələyə reaksiya vermədi.

Yəni bütün bunlar hamısı onu göstərir ki, beynəlxalq insan haqları təşkilatları hansısa dövlət və qurumların əlində sadəcə bir təzyiq vasitəsidir. Qərb birmənalı olaraq insan haqları və demokratiyadan yalnız öz məqsədləri üçün istifadə edir. Buna nümunə olaraq ərəb ölkələrində baş verənləri göstərə bilərik. “İnsan azadlıqları pozulur” deyə “demokratiyanı” tanklarla gətirməyə başladılar, nəticə isə ortadadır: 800 mindən artıq insan ölüb, milyonlarla qaçqın var, şəhərlər, kəndlər məhv edilib, ölkələrin sərvətləri isə terrorçuların əlinə keçib və böyük dövlətlərin böyük şirkətləri bu terrorçularla müqavilə imzalayıb, ucuz mal almağı özlərinə rəva bilirlər.

Budur “demokratiya” və “insan haqları” şüarlarının arxasındakı əsl niyyət.

Ərazi bütövlüyü sözdə qorunur, əməldə heç bir addım atılmır, işğalçılara təzyiq göstərilmir, əgər maraqlarına uyğundursa, əksinə, işğalçı müdafiə edilir. Nəticədə bütün beynəlxalq qurumlara etibar yoxa çıxıb. Bu vasitəyə çevrilən beynəlxalq qurumların əsl mahiyyətini bilməyən də yoxdur. Ona görə də onlara artıq heç kəs əhəmiyyət də vermir”.

məyən” və “qeydə almayan”, özlərini insan hüquq və azadlıqlarının müdafiəçiləri elan edən beynəlxalq təşkilatlar və qurumlar Azərbaycanda polislərin qanuni tələblərinə tabe olmayanlara qarşı tədbirləri qəsdən konteksdən çıxarır, bunu tam fərqli biçimdə qələmə verməyə, təqdim etməyə çalışırlar: “Biz illərdir ki, bunu görür və müşahidə edirik. Bu, əlbəttə ki, ikili standartdır. Biz dəfələrlə şahidi olmuşuq ki, ABŞ-da baş verən qanunsuz həbsləri, hüquq-mühafizə orqanı əməkdaşlarının vətəndaşlara qarşı onların ölümünə belə gətirib çıxaran aqressiv davranışlarını müşahidə edirik. Amma beynəlxalq insan haqları təşkilatları ən yaxşı halda qorxaq bir çağırışla kifayətləniblər.

Məsələn, biz hazırda pandemiya ilə bağlı bəzi Avropa ölkələrində kütləvi aksiyaların baş verdiyini və həmin aksiyaların gözyaşardıcı qazlarla, polisin aşırı müdaxiləsi ilə dağıdıldığını görürük. Bunu Avropa mediasının özü və sosial şəbəkələr açıq-aydın göstərir. Həmçinin Corc Floydun polis zorakılığı nəticəsində ölümündən sonra baş verən kütləvi aksiyalara qarşı zorakılıqları da gördük. Nə qədər qəribə də olsa, o aksiyaların davam etdiyi müddətdə yenidən ABŞ polisinin bir qaradərilini saxlayarkən aqressiv davranması nəticəsində onun öldüyü də hamıya bəllidir. Yaxud o aksiyalarda əlil arabasında olan şəxsin al-qana boyanması, yaxud polisin heç bir qanunsuz hərəkət etməyən aksiyaçını vurub yerə yıxmasını və onun başından qan açılmasına, huşsuz vəziyyətdə yerdə qalmasına baxmayaraq, polislərin onun yanından soyuqqanlı şəkildə keçdiyini əks etdirən kadrlar dünyanı sardı. Hansısa beynəlxalq təşkilatın bunlara etiraz bəyanatı yayması kiminsə yadındadırmı?

Eləcə də son günlər Fransada “sarı jiletlilər”in aksiyaları zamanı polis zorakılığı barədə çoxsaylı foto və videotəsvirlər yayılmışdı və xeyli sayda insan öldü və yaralandı. Biz bu kimi hadisələrin hər birində zorakılıqların müşahidə olunduğunu gördük. Eyni zamanda biz burada Ermənistana olan münasibəti götürə bilərik. Məsələn, beynəlxalq təşkilatlar eyni məsələ ilə bağlı Azərbaycana və Ermənistana bir başqa cür münasibət sərgiləyir. Ötən il Ermənistanda partiya sədri və media rəhbəri olan bir ictimai fəal, aktivist həbs olundu, öz həbsinə etiraz olaraq aclıq keçirməyə başladı və həbsxanada öldü. Mən həmin an gözləyirdim ki, bütün beynəlxalq təşkilatlar bununla bağlı Ermənistana yönəlik insan haqlarının kobud surətdə pozulması faktı ilə bağlı bəyanatlar verəcək və hansısa sanksiyalar müzakirə mövzusu olacaq və s. Amma nə qədər qəribə də olsa, heç bir beynəlxalq təşkilat bu məsələyə reaksiya vermədi.

Yəni bütün bunlar hamısı onu göstərir ki, beynəlxalq insan haqları təşkilatları hansısa dövlət və qurumların əlində sadəcə bir təzyiq vasitəsidir. Qərb birmənalı olaraq insan haqları və demokratiyadan yalnız öz məqsədləri üçün istifadə edir. Buna nümunə olaraq ərəb ölkələrində baş verənləri göstərə bilərik. “İnsan azadlıqları pozulur” deyə “demokratiyanı” tanklarla gətirməyə başladılar, nəticə isə ortadadır: 800 mindən artıq insan ölüb, milyonlarla qaçqın var, şəhərlər, kəndlər məhv edilib, ölkələrin sərvətləri isə terrorçuların əlinə keçib və böyük dövlətlərin böyük şirkətləri bu terrorçularla müqavilə imzalayıb, ucuz mal almağı özlərinə rəva bilirlər.

Budur “demokratiya” və “insan haqları” şüarlarının arxasındakı əsl niyyət.

Ərazi bütövlüyü sözdə qorunur, əməldə heç bir addım atılmır, işğalçılara təzyiq göstərilmir, əgər maraqlarına uyğundursa, əksinə, işğalçı müdafiə edilir. Nəticədə bütün beynəlxalq qurumlara etibar yoxa çıxıb. Bu vasitəyə çevrilən beynəlxalq qurumların əsl mahiyyətini bilməyən də yoxdur. Ona görə də onlara artıq heç kəs əhəmiyyət də vermir”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR