Gəncəyə atılan raket: Qarabağda məğlub olan işğalçı terrora əl atır
Bizi izləyin

Nida Təhlil

Gəncəyə atılan raket: Qarabağda məğlub olan işğalçı terrora əl atır

Azərbaycan Ordusunun qarşısında məğlub vəziyyətə düşən işğalçı Ermənistan mülki əhaliyə atəş açmaqda davam edir. Bu gün səhər saatlarında düşmənin Gəncə şəhərinə raket atması da Ermənistanın bir dövlət kimi faşist mahiyyətindən qaynaqlanır. Raket atəşi nəticəsində infrastruktura ciddi ziyan dəyib, ölən və yaralananlar var.

Bu, Ermənistanın növbəti hərbi cinayətidir.

Beynəlxalq Humanitar Hüquq, bu hüququn əsas sənədləri olan 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və onlara 1977 və 2005-ci illərdə əlavə edilmiş üç protokol, BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli qətnaməsi, eləcə də digər beynəlxalq konvensiyalar müharibə zamanı mülki əhaliyə hücumu qadağan edir. İşğalçı ölkə bütün beynəxalq qanunları pozur.

Müharibədə dinc əhaliyə qarşı hücum etməmək yazılmamış qanundur. Ermənistan təkcə beynəlxalq qanunları deyil, həm də bütün yazılmış və yazılmamış qaydaları, dəyərləri tapdalayır. Terror üzərində qurulmuş, qondarma tarixi belə yalnız terrordan ibarət olan bir dövlətin mülki əhaliyə qarşı terrora əl atması təəccüblü deyil.

Düşmən Gəncəni niyə hədəfə aldı?

Bu sualın Ermənistanın terror mahiyyətindən qaynaqlanan taktiki və siyasi səbəbləri var.

Taktiki səbəb: Gəncə mülki əhalinin kompakt yaşadığı şəhərdir. Ermənistanın məhz bu şəhərə raket atması mülki əhaliyə daha çox zərər vermək məqsədi daşıyır. Çünki istənilən atəş, yaxud raket atışı sıx yaşayan mülki əhalinin daha çox hədəfə tuş gəlməsi deməkdir. Bu, Ermənistanın hədəfinin mülki əhali olduğunu bir daha sübut edir.

Siyasi səbəb: işğalçı ölkə məğlubiyyətdən xilas olmaq ümidi ilə hər cür vəhşiliyə əl atır.

1. Ordumuzun işğal altındakı ərazilərdə irəliləməsinin qarşısını ala bilmədikləri üçün diqqəti yayındırmaq, mülki əhalini hədəfə alaraq, ikinci cəbhəni açmaq;

2. Azərbaycanın mülki əhalisi arasında təşviş yaratmaq, beləliklə, daxildə müharibəyə etiraz formalaşdırmaq;

3. Qarabağda məğlubiyyəti kompensasiya etmək;

4. Ermənistan ərazisindən raket hücumu ilə Azərbaycanın adekvat addımına zəmin yaratmaq, “müharibə Ermənistan ərazisində gedir” iddiası ilə başda KTMT olmaqla xarici güclərin prosesə müdaxiləsinə nail olmaq və hərbi əməliyyatları bu yolla dayandırmaq;

Əli hər yerdən üzülən və Ordumuzun qarşısında aciz vəziyyətə düşən Ermənistan faşist mahiyyətinə uyğun terror aktına əl atmaqla xilas olmaq istəyir. Amma anlamır ki, 30 ildir həsrətində olduğumuz qələbəni heç kim və heç nə əlimizdən ala bilməyəcək.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm