Nida Təhlil
Tarixçi alim: Ermənistanın bu əməlinin tarixdə analoqu yoxdur
Müharibələr bitdikdən sonra azad olunmuş ərazilərdə dağıdılmış mənzərələrə çox rast gəlinir. İkinci dünya müharibəsində də Stalinqrad və digər şəhərlərdə dağıdılmış yerlər müharibənin acı nəticəsi kimi açıq səma altında muzey kimi saxnalınıb. Amma erməni faşizminin törətdiyinin analoqu yoxdur.
Bu sözləri Publika.az-a açıqlamasında tarixçi alim Cəbi Bəhramov deyib.
Alim qeyd edib ki, cənab prezident İlham Əliyev Gəncədə də erməni terroru nəticəsində dağıdılmış evlərin yerində Xatirə Kompleksinin salınması barədə göstəriş verib:
“İşğaldan azad olunmuş ərazilərdəki bütün kəndlərin muzey kimi saxlanılması mümkün olmasa da, erməni vəhşiliyini və faşizminin nümayiş etdirən bir neçə nümunəni saxlamaq mütləqdir. Bu muzeylərdə baş vermiş hadisələrin təfərrüatını verilməlidir. Dağıdılmış evlərin sayı göstərilməli, nümunə kimi saxlanılmalı və göstərilməlidir ki, 1993-cü ildən 2020-ci ilin sentyabr-noyabr aylarına qədər işğalda olan ərazilərdə ermənilər hansı cinayətləri törədiblər.
İşğaldan azad olunan ərazilərdə diyarşünaslıq muzeyləri bərpa olunandan sonra ermənilərin şumladıqları qəbristanlıqların işğaldan əvvəlki və sonrakı görüntüləri də müqayisəli şəkildə verilməlidir. Hər hansı kəndin açıq səma altında muzeyə çevrilməsinə qərar verilsə də, yaxşı olardı ki, diyarşünaslıq muzeylərində hər bir kəndin işğal tarixi ilə bağlı güşəsi yaradılsın, foto və eksponatlar nümayiş etdirilsin. Bizdən sonra gələn nəsillər bu tarixi görməli və öyrənməlidir. Erməni faşizmi və onun arxasında duran dövlətlərin cinayətkar qüvvələrin törətdikləri cinayətləri də göstərmək lazımdır. Ermənilər bunları özbaşına etməyiblər, onları silahlandıran, maliyyə yardımı göstərən, bütün beynəlxalq səviyyədə müdafiə edən sənədləri həmin muzeylərə eksponat kimi göstərməyə dəyər”.
Torpaqlarımızın minalardan təmizlənməsi prosesinin illərlə davam edəcəyini deyən C.Bəhramov onu da əlavə edib ki, mina probleminin ən ağır faciələrini yaşamış Vetnamın Qarabağdakı vəziyyətlə müqayisədə çox zəif görünür:
“Ermənistan Ordusu bunu o qədər cinayətkar səviyyədə edib ki, tarixdə analoqu yoxdur. Məğlub olan dövlət kimi Ermənistan mina xəritəsini Azərbaycana verməlidir. Bir tarixçi kimi deyirəm ki, erməniləri müdafiə edən dövlətlər tərəfindən onlara bu xəritələri qaytarmamaq əmri də tapşırıla bilər. Azərbaycanın bir dövlət olaraq həmin ərazilərdə bərpa işlərinə başlamasının və əhalinin köçürülməsinin ləngildilməsi üçün o xətirələri vermirlər. Təbii ki, Azərbaycan dövləti bu problemin həlli üçün çoxlu sayda vəsait xərcləyəcək. Bu, ondan xəbər verir ki, düşmən qüvvələr və onların arxasında dayananlar Azərbaycanın bu uğurunu qəbul edə bilmirlər. Azərbaycanın bu qələbəsi sadəcə ermənilər üzərində deyil, bilavasitə Ermənistanı özlərinin əllərində alət edən və onun vasitəsilə təzyiq göstərən dövlətlər üzərində qələbəsidir. Onların bütün planları puç oldu. Azərbaycan dövlətinin tələbi və təkidi ilə o xəritələr verilməlidir. Verilməsə, onsuz da Azərbaycan dövləti bu əraziləri minalardan təmizləyəcək. Buna heç kəsin şübhəsi olmasın. Ola bilsin ki, bu proses uzun çəkəcək.
Minalanmış ərazilərdə minaların sxeminə baxanda, mütəxəssislərin və hərbiçilərin fikirlərini dinlədikcə, bu qənaətə gəlirsən ki, bir neçə minanı bir-birinin üstünə qoyub geri çəkiliblər. Onların içində Azərbaycan torpağına və insanına olan nifrət o sxemlərdə də özünü göstərir. Avtomobillə gedən hər hansı vətəndaş o minaya düşəndə onun dağıdıcı təsiri nəticəsində maşınla birlikdə məhv olur. Bu, vəhşiliyin təcəssümüdür. Bilirəm ki, qüdrətli Azərbaycan dövləti bu məsələnin həllinə nail olacaq”.
Aytən Məftun
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO