Nida Təhlil
Milyonların bu müsahibəni izləməsi ondan xəbər verir ki... - RƏY
44 günlük müharibə Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı. Bu qələbənin əldə edilməsində Ali Baş Komandanın dəmir iradəsi, dəmir biləyi və dəmir gücü böyük rol oynadı. Eyni zamanda, masa arxasında aparılan danışıqlar da çox mühüm əhəmiyyət kəsb edirdi. Həmin dövrdə ideoloji mübarizə silahlı müharibə ilə paralel şəkildə davam etdirilirdi. Bu ideoloji mübarizənin ən əhəmiyyətli qolu ölkə Prezidentinin 44 gün ərzində davamlı olaraq dünyanın aparıcı media qurumları qarşısına çıxaraq müharibənin gedişatının, Qarabağ həqiqətlərinin və Azərbaycanın qəti mövqeyinin mesajlar şəklində dünyaya çatdırılmasından ibarət idi.
Bu sözləri Publika.az-a millət vəkili Jalə Əliyeva deyib. Prezident İlham Əliyevin 44 günlük müharibə zamanı BBC-yə verdiyi müsahibənin 3 milyon baxış sayı topladığını deyən deputat bu hadisənin önəmini belə ifadə edib:
“44 günlük müharibə ərzində ölkə başçısı 32 aparıcı media qurumlarının qarşısına çıxdı, eyni zamanda BBC televiziyasının jurnalistinin suallarını cavablandırdı. Bütün gözlərin Azərbaycana dikildiyi dövrdə ölkə rəhbərinin dilindən çıxan hər bir kəlmə, hər bir ifadə dünyada böyük maraq oyadırdı. Təbii ki, bizi istəməyənlərin də qıcığına gətirib çıxarırdı ki, bu qıcıq da bəzən özünü sualların ikibaşlı, sətiraltı şəkildə Prezidentə yönləndirilməsinə səbəb olurdu. Lakin cavablardan həm hər bir Azərbaycan vətəndaşı, həm də hər bir dünya vətəndaşı görürdü ki, cənab Prezident nə qədər sərrast, nə qədər düzgün və yerində cavablar verir. Ölkə başçısı verdiyi cavablarla əslində öz mövqeyini və sarsılmaz iradəsini bir daha dünyaya nümayiş etdirirdi. Milyonların bu müsahibəni izləməsi dediklərimizə bir daha haqq qazandırır. Bu, bir daha onu göstərir ki, həqiqətən də istər həmin günlərdə, istərsə də müharibə bitdikdən sonra keçən 6 ay ərzində Azərbaycan dünya ictimaiyyətinin, dünya mediasının böyük diqqət mərkəzindədir”.
J.Əliyeva bildirib ki, bu gün Qarabağda böyük quruculuq işləri gedir, dünyanın aparıcı şirkətləri bu torpaqlarda quruculuq işlərində Azərbaycanın yanında olmaq istəyirlər: “Əlbəttə ki, bu da Azərbaycanın nüfuzu, artan gücü və qüdrəti deməkdir. Bütün bu sadaladıqlarımızın arxasında ölkə rəhbərinin parlaq gələcəyə aparan böyük və dünya ölkələri ilə aparılan balanslı siyasəti dayanır”.
Aytən Məftun
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO