Nida Təhlil
Prezidentin BBC-yə müsahibəsi Ermənistanın təbliğat maşınını alt-üst etdi
Vətən müharibəsində cəbhədə Ali Baş Komandan kimi döyüşən Prezident İlham Əliyev informasiya cəbhəsində də eyni əzmkarlıqla Ermənistanın və anti-Azərbaycan qüvvələrin yalan təbliğatına, eləcə də beynəlxalq mediada feyk və qərəzli məlumatlara qarşı döyüşdü. Və qalib gəldi.
Bütün dünya 30 il sonra ilk dəfə Ermənistanın yalanlarını, Qarabağ məsələsi ilə bağlı gerçəkləri bu qədər çılpaq şəkildə şahidi olurdu. Çünki Azərbaycan lideri müharibə dövründə beynəlxalq media orqanlarına verdiyi 30-a yaxın müsahibədə ermənilərin təbliğat maşınını alt-üst etdi. Prezidentin hər bir müsahibəsinin ölkədə və dünyada hadisə kimi qarşılanması da bu baxımdan təsadüfi deyil.
Bu müsahibələr arasında diqqət çəkənlərdən biri də dövlət başçısının BBC-yə verdiyi müsahibəsi idi. Müsahibə boyunca Prezident müxbirin qərəzli suallarını tutarlı arqumentləri ilə cavablandırmaqla həm illərdir Azərbaycan haqqında yaradılan yanlış imici, həm də erməni təbliğatını darmadağın etdi.
Müsahibə bir neçə kontekstdən xüsusilə önəmli idi.
Birincisi, ermənilərin yalan təbliğatının ifşa edilməsidir.
Müxbir ermənilərin Azərbaycan vətəndaşı kimi yaşaya biləcəyi haqda soruşur və daha çox birtərəfli iddialara istinadən bunun mümkünsüzlüyünü göstərməyə çalışırdı.
Prezident İlham Əliyev bunun həm mümkünlüyünü sübut etdi, həm də müxbirin cəhdlərini boşa çıxardı:
“Biz ermənilər deyilik. Onlar bizə qarşı etnik təmizləmə törədiblər. Onlar Dağlıq Qarabağdan və ətraf yeddi rayondan bütün azərbaycanlıları qovublar. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bizim bir milyon qaçqın və məcburi köçkünümüz var. Lakin biz eyni qaydada davranmayacağıq. Biz qisas almayacağıq. Mən dəfələrlə demişəm, hətta onlar Gəncəni bombalayanda, hətta onlar Bərdəni bombalayanda, onlar başqa şəhərləri bombalayanda və 92 insanı, mülki şəxsi öldürdükdə mən dedim ki, biz qisasımızı döyüş meydanında alacağıq. Buna görə bu rəsmi mövqeyi, Azərbaycanda yaşayan minlərlə ermənini və heç kimin onları etnik təmizləmədiyini nəzərə alaraq, biz bunu orada nə üçün etməliyik ki?”.
İkincisi, beynəlxalq mediada Azərbaycana qarşı qərəzli kampaniyanın ifşa edilməsi idi.
Müxbir Şuşada kilsənin bombalandığını hansısa jurnalistlərin gördüklərinə istinadən israrla iddia edirdi.
Prezident bunun erməni təbliğatı, o cümlədən, beynəlxalq mediada ölkəmizə qarşı qərəzli hücumların növbəti mərhələsi olduğunu bəyan etdi:
“Bu, feyk xəbərdir. Biz Qərb mediasını yaxından müşahidə edirik və bu qırx gün ərzində mənim bəlkə də, otuz müsahibəm olub. Onların hamısı çox aqressiv idi, sanki bu, müsahibə deyildi, sanki bir ittiham idi. Ermənistan tərəfində heç nə baş vermir. Heç kim Paşinyandan nəyə görə Gəncəyə ballistik raketlərlə zərbə endirdiyini soruşmur. Nəyə görə o, 92 nəfəri qətlə yetirib? Nəyə görə o, Tərtərdə dəfn mərasiminə hücum edib? Nəyə görə onlar 21 insanı qətlə yetirərək və 70 nəfəri yaralayaraq Bərdəyə hücum etmək üçün kassetli bombalarla “Smerç”dən istifadə ediblər? Heç kim ondan soruşmur. Heç kim ondan silahları haradan əldə etdiyini soruşmur? Yalnız bizə hücum edirlər. Beynəlxalq media yalnız Azərbaycanı ləkələyir. Buna görə sizin BBC, sizin həmkarlarınız o hadisələrin orada “şahidi” olub. Mən buna inanmıram”.
Üçüncüsü, anti-Azərbaycan qüvvələrin uydurmaları, ölkəmiz haqqında məqsədyönlü şəkildə mənfi imicin yaradıldığını ifşa etdi. Və müsahibənin həmin hissəsi xüsusilə diqqət çəkir.
Jurnalist: Onların (ermənilər -red) Azərbaycanda insanların eşitdiyi, lakin malik olmadığı bütün insan haqları olacaqmı? Onların tamamilə azad mediası olacaqmı? Onların səsini qaldırmağa icazəsi olan müxalifəti olacaqmı? Onlar burada, Azərbaycanda insanların malik olmadığı şeylərə malik olacaqmı?
Prezident: Siz hesab edirsiniz ki, insanların bu haqları yoxdur? Nəyə görə siz Azərbaycanda insanların azad mediaya və müxalifətə malik olmadığını düşünürsünüz?
Jurnalist: Çünki mənə bu barədə müstəqil mənbələrdən məlumat veriblər.
Prezident: Hansı müstəqil mənbələrdən?
Jurnalist: Bir çox müstəqil mənbələrdən.
Prezident: Deyin mənə, hansılardır?
Jurnalist: Əlbəttə ki, mən onların adlarını çəkə bilmərəm.
Prezident: Əgər siz onların adlarını deyə bilmirsinizsə, bu, o deməkdir ki, siz bir hekayə uydurursunuz... Tamamilə feykdir. Tamamilə. Bizim azad mediamız var. Bizim azad internetimiz var. İndi hərbi vəziyyətə görə bizim bəzi məhdudiyyətlərimiz var, lakin əvvəllər heç bir məhdudiyyət yox idi. Azərbaycanda internet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Siz internetin azad olduğu, senzuranın olmadığı və 80 faiz internet istifadəçilərinin olduğu bir ölkədə medianın məhdudlaşdırılmasını təsəvvürünüzə gətirə bilərsiniz? Bizim “Facebook”da milyonlarla insanımız var. Bizdə azad medianın olmadığını necə deyə bilərsiniz? Bu, yenə də qərəzli yanaşmadır. Bu, Qərb auditoriyasında Azərbaycan haqqında bir fikir formalaşdırmaq cəhdidir. Bizim müxalifətimiz var, bizim QHT-lərimiz var. Bizdə azad siyasi fəaliyyət var. Bizdə azad media var. Bizdə söz azadlığı var. Əgər siz bu sualı qaldırdınızsa, mən də sizə bir sual verə bilərəmmi? Siz cənab Assanjla baş verənləri necə qiymətləndirirsiniz? Bu sizin ölkədə azad mətbuatın təzahürüdür?
Jurnalist: Biz burada mənim ölkəmi müzakirə etmək üçün deyilik.
Prezident: Xeyr, gəlin müzakirə edək. Gəlin, müzakirə edək.
Jurnalist: Yox, Prezident Əliyev.
Prezident: Ermənilərin burada azad mətbuatının olmayacağı ilə bağlı məni ittiham etmək əvəzinə, gəlin, Assanj barədə danışaq. Bağışlayın, o, Ekvador səfirliyində neçə il keçirdi və nəyə görə? O, indi haradadır? Jurnalist fəaliyyətinə görə siz həmin şəxsi girov saxladınız, əslində, mənəvi və fiziki olaraq onu öldürdünüz. Bunu siz etmisiniz, biz yox. İndi o həbsxanadadır. Siz bu işlərlə məşğul olduğunuz halda, sizin azad mətbuat haqqında danışmağa mənəvi haqqınız yoxdur.
Jurnalist: Münaqişəyə qayıdaraq...
Prezident: Bəli, yaxşı olardı ki, münaqişəyə qayıdasınız, çünki bu sizin xoşunuza gəlmir. Sizin xoşunuza yalnız ittiham etmək, hücum etmək gəlir. Amma güzgüyə baxın. Mən dəfələrlə demişəm, buraya gəlməmişdən və bizə mühazirə oxumaqdan əvvəl baxın. Siz sualınızla məni ittiham edirsiniz. Bu, sual deyil, bu, ittihamdır. Siz prokuror kimi danışırsınız. Niyə? Əgər siz bu qədər demokratik və obyektivsinizsə, nəyə görə Assanjı həbsxanada saxlayırsınız? Nə üçün? Siz onu jurnalist fəaliyyətinə görə həbsxanada saxlayırsınız... Siz ancaq hücum etməyə adət etmisiniz.
Müsahibənin bu hissəsi Azərbaycan liderinin illərdir erməni lobbisinin də daxil olduğu anti-Azərbaycan şəbəkəsinin ölkəmiz haqqında apardığı kampaniyanın, edilən hücumların tamamilə darmadağın edilməsi idi.
Və İlham Əliyev döyüş meydanında olduğu kimi, informasiya meydanında da Ermənistanı, Azərbaycana qarşı olan bütün şəbəkələri ağır məğlubiyyətə uğratdı.
Azərbaycan Prezidentinin ötən ilin 6 noyabr tarixində BBC-yə verdiyi müsahibəyə 3 milyon baxış olub. İndiyədək Azərbaycandan heç bir məqalə, açıqlama, müsahibə, çıxış beynəlxalq arenada bu qədər izlənilməyib. Bu müsahibə və baxış sayı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca əhəmiyyətlidir.
Asif Nərimanlı
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO