Nida Təhlil
Prezident o jurnalistə güzgüyə baxmağı məsləhət gördü - Şərh
44 günlük müharibə dövründə cənab Prezidentin beynəlxalq arenada ard-arda yayımlanan müsahibələri bir çox dünya ölkələrində gündəmə çevrildi. Bütün bu çıxışlarında Prezident Azərbaycan xalqının maraqlarını həm ölkələrin daxili auditoriyalarına, onların vətəndaşlarına, həm də siyasət xadimlərinə çatdırmış oldu. Bu, informasiya müharibəsində olduqca vacib addım idi. Bilirik ki, Azərbaycan həm Ermənistan, həm də onun havadarları ilə uzun illərdir ki, mübarizə aparırdı.
Bu sözləri Publika.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. Politoloq bildirib ki, Prezident İlham Əliyev 3 milyondan çox izlənilən müsahibəsində suallara verdiyi gözlənilməz cavablarla böyük maraq doğurub:
“BBC-nin ünvanladığı suallara nəzər salsaq, görərik ki, orada kifayət qədər təxribat xarakterli məqamlar var. Bu suallara Prezident əslində həmin jurnalistin gözləmədiyi cavabları verirdi. Təsadüfi deyil ki, jurnalist məqsədyönlü şəkildə Azərbaycanı hansısa məqamlarda tənqid etmək istəyirdi. Lakin bu tənqid cəhdlərinin hamısının qarşısı ölkə başçısı tərəfindən alındı və o, birbaşa olaraq jurnalistə güzgüyə baxmağı, öz ölkəsində insan haqları, demokratiya və azad mətbuat ilə bağlı mövcud duruma göz gəzdirməyi məsləhət gördü. Baxmayaraq ki, bu müsahibədən 6 ay keçib, dünən həmin müsahibə Tvitterdə yenidən statuslara daxil edilmişdi. Bununla bağlı Böyük Britaniyada bir çox şəxsin və blogerin şərhlərini gördük. Bütün bunlar onu deməyə əsas verir ki, Prezidentdən örnək götürməliyik. Onun həm müharibəyə qədər, həm də post-müharibə dövründə qarşısında kimin olmasından asılı olmayaraq, verilən suallara səlist cavabları nəticəsində Azərbaycan təbii ki, öz mövqeyini gücləndirmiş oldu. Prezidentin BBC-dəki çıxışını Azərbaycan dövlətinin və xalqının maraqlarının üst səviyyədə müdafiə edilməsi kimi qəbul edə bilərik. Xüsusilə indiki dövrdə tez-tez bizim ölkəni öz çıxışlarında tənqid etmək üçün məqam axtaran və hər hansı məsələ ilə bağlı manipulyasiyaya yol verməyə çalışan qüvvələrlə mübarizədə vacib məqamdır”.
Aytən Məftun
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı