Nida Təhlil
Qüdrətli, qalib Azərbaycanın memarı
Xalqımız ulu öndər Heydər Əliyevin 98-ci ildönümünü qalib kimi qarşılayır. Məhz bugünkü günün memarı olan Ümummilli Liderin arzuları artıq həyata keçirilib. Bütün fəaliyyətini Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına həsr edən Ulu Öndərin yarımçıq qalmış ideyalarını dahi şəxsiyyətin siyasi məktəbinin ən layiqli yetirməsi Prezident İlham Əliyev reallaşdırdı. Rəşadətli Azərbaycan Ordusu xalqımızın 30 illik yurd həsrətinə birdəfəlik son qoydu. Ötən il noyabrın 10- da Ermənistan dövləti təslim olduğunu rəsmən təsdiqlədi. Azərbaycan qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasi strategiyası sayəsində öz gücünə torpaqlarımızı işğaldan azad etdi. Bununla da ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi.
Publika.az xəbər verir ki, bu fikirlər Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin “Qüdrətli, qalib Azərbaycanın memarı” sərlövhəli məqaləsində yer alıb.
Ç.Qənizadə bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev 2020–ci il noyabrın 8-də xalqa müraciətində bu barədə dediklərini xatırlatmaq yerinə düşərdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”
Ulu Öndərin siyasi kursunun prioritetini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünün təmin olunması təşkil edirdi. Dünyada baş alıb gedən ikili standartlar, ədalətsizlik münaqişənin dinc yolla nizamlanmasına imkan vermədi. Bu arzunun yalnız dahi şəxsiyyətin ən layiqli davamçısı İlham Əliyev tərəfindən reallaşacağına əminliyini bildirən Ulu Öndər xalq müraciətində demişdi: “...İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Bu gün xalqımız 18 il əvvəl səsləndirilmiş müdrik fikirlərin reallaşdığının şahididir. Azərbaycan artıq dünyada qüdrətli, qalib dövlət kimi qəbul edilir. Bu qüdrətli Azərbaycanın memarı ulu öndər Heydər Əliyevdir.
Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun respublikaya ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə müdrik idarəçilik qabiliyyəti və gərgin zəhməti sayəsində respublikamız iqtisadiyyatda, elmdə, mədəniyyətdə, təhsildə - həyatın bütün sahələrində mühüm tərəqqi dövrü yaşamışdır. Bir vaxtlar sovetlər birliyində ən geridə qalan respublika kimi tanınan Azərbaycan Ulu Öndərin rəhbərliyindən sonra keçmiş SSRİ-də qabaqcıllar sırasına qoşuldu. Sonradan Kremldə fəaliyyət göstərdiyi illərdə - 1982-1987-ci illərdə Siyasi Büronun üzvü olmaqla SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə yüksələndə də qəlbi daim xalqımızla birgə döyünmüşdür. O dövrdə ölkənin ən mühüm sahələrinə rəhbərlik məhz Ulu Öndərimizə etibar edilmişdir. Həmin dövrdə də Azərbaycanın inkişafını, əlaqələrinin möhkəmləndirilməsini, ərazi bütövlüyünün təmin olunmasını, milli kadrların yetişdirilməsini daim diqqət mərkəzində saxlayırdı.
Ulu Öndər təkcə həmin dövrdə deyil, bütün həyatı boyu Azərbaycanın və onun xalqının rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün yaddaşlarda əbədiyaşarlıq qazanıb. O, hələ sağlığında hər bir azərbaycanlının qəlbində əbədi heykəlini qoymuşdu. Məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xalqımız tarixin ən sərt və çətin sınaqlarından alnıaçıq, üzüağ çıxıb, müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb. 1987-ci il oktyabr plenumunda Heydər Əliyev SSRİ-nin ovaxtkı rəhbəri Mixail Qorbaçovun millətlər arasında ədavət toxumu səpməsinə, ayrı-seçkilik etməsinə, ümumiyyətlə, siyasi xəttinə etiraz əlaməti olaraq Siyasi Büronun üzvlüyündən və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən istefa verdi. Bundan istifadə edən ermənilər öz havadarlarının köməyi ilə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa və ölkəmizə qarşı ərazi iddialarını açıq şəkildə həyata keçirməyə başladılar. “Torpaqdan pay olmaz” deyərək ayağa qalxan və kükrəyən xalqımızın haqq səsi Kremli silkələdi. Əlləri digər xalqların qanına batmış keçmiş SSRİ-nin sabiq rəhbəri Mixail Qorbaçov xalqın azadlıq, suverenlik arzusunu təpədən dırnağa qədər silahlanmış qanlı ordu ilə susdurmağa çalışdı. Ancaq buna nail ola bilmədi.
Sovet rəhbərliyinin 1990-cı ilin yanvarında xalqımıza qarşı qanlı faciəni törətdiyi ən ağır vaxtda Moskvada yaşayan Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq, qanlı faciəsinin baş verdiyi günün ertəsi - 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək siyasi bəyanatla çıxış etdi. Ulu Öndər 20 Yanvar faciəsinə etirazını bildirməklə sovet rəhbərliyinin cinayətkar əməllərini ifşa etdi.
Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə nicat axtaran xalqımızın yeganə ümidi olan ulu öndər Heydər Əliyevə müraciət etdi. Ulu Öndər həmişə olduğu kimi, bu dəfə də xalqın səsinə səs verdi, ömrünün qalan hissəsini doğma xalqına, Vətəninə həsr etməyə hazır olduğunu bildirdi. Dövlət idarəçiliyindəki zəngin təcrübəsi, siyasi uzaqgörənliyi, polad iradəsi, qeyri-adi cəsarəti və bənzərsiz qətiyyəti sayəsində xalımızı və dövlətimizi böyük bəlalardan xilas etdi, müstəqilliyimizi əbədiyyətə çevirdi. Ulu Öndərin müdrikliyi sayəsində Azərbaycan güclü iqtisadiyyatı olan demokratik, hüquqi və dünyəvi dövlətə çevrildi.
1993-cü ildən ömrünün sonuna qədər, yəni, 2003-cü ilədək memarı və qurucusu olduğu müstəqil Azərbaycan Respublikasının dünyaya inteqrasiya olunmasında bütün imkanlardan istifadə edən Ulu Öndər bugünkü qüdrətli və qalib Azərbaycanın memarıdır. Ömrünün qalan hissəsinin müstəqilliyimizin əbədiliyinə, öz xalqının və Vətəninin inkişafına sərf edən Ulu Öndər Azərbaycanı dünyaya tanıtdırdı. Xalqımızın xoşbəxt, firavan gələcəyi üçün etibarlı bünövrə yaradaraq, dövlət idarəçilik mexanizmini formalaşdırdı.
Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamaqla dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Müasir müstəqil Azərbaycan dövlətinin tərəqqisi Heydər Əliyev ideyalarının təntənəsidir. Sevinirik, fəxr edirik ki, Ulu Öndərin yarımçıq qalmış arzularını, o cümlədən ata vəsiyyətini Prezident İlham Əliyev həyata keçirir. Bu gün Azərbaycan dünyada qalib ölkə kimi tanınır. Bu, hər bir azərbaycanlıda qürur hissi yaradır. Bu hissi xalqımıza Prezident İlham Əliyev bəxş edib.
Ulu Öndərimizin varisçilik ənənələrinə daim sadiq olan Prezident İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir. Heydər Əliyev uzaqgörənliyi ilə əsası qoyulmuş Azərbaycanın parlaq gələcəyi qaçılmazdır. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi yolla inkişaf edən müstəqil Azərbaycan bundan sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlər əldə edəcək.
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO