Prezidentdən Qarabağla bağlı dörd MÜHÜM MESAJ
Bizi izləyin

Nida Təhlil

Prezidentdən Qarabağla bağlı dörd MÜHÜM MESAJ

İlham Əliyevin AzTv-yə müsahibəsində açıq mesajlar var.

Birincisi: “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur” dedi.

Bunun münaqişənin bitmədiyini iddia edənlərə ünvanlanığı məlumdur, lakin Lavrovun Bakıya gəldiyi gün bəyan edilməsi xüsusilə diqqət çəkir. Bu o deməkdir ki, Lavrov özü ilə “Dağlıq Qarabağ”a aid nələrsə gətirəcəksə, yaxud Xankəndidə qalan separatçı-terrorçuların sonrakı taleyini müəyyənləşdirmək istəyəcəksə, Bakı əvvəlki mövqeyindən geri çəkilməyəcək.

İkincisi: “Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış Bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm”.

Bu, Makronla telefon söhbətində “Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Minsk qrupu çərçivəsində yeni təşəbbüslər hazırlamaqla” bağlı razılığa gələn Putinə ünvanlanıb. Bakı Moskvadan imza atdığı bəyanata uyğun davranmağını istəyir.

Üçüncüsü: Fransaya və onun timsalında bölgəyə müdaxilə etmək istəyən ölkələrə açıq şəkildə yerini göstərdi. “Status” məsələsi ilə bağlı Azərbaycanın qəti mövqeyini növbəti dəfə bəyan etdi.

Dördüncüsü: “Şuşa və Hadrutu qaytarmaq istəyən” Ermənistana “odla oynayırsınız” xəbərdarlığını etdi.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm