Nida Təhlil
Ordumuz irəlilədi: Ermənistanla sərhəddə nə baş verir?
Ermənistan mediası Azərbaycan Ordusunun dövlət sərhədinin demarkasiyası nəticəsində Gorus istiqamətində 3 kilometr irəlilədiyini yazır.
Qaragöl Laçın və Gorus rayonu arasında yerləşir, 1987-ci ilin 17 oktyabrında Azərbaycan və Ermənistan SSR-in birgə qərarı ilə yaradılmış Qaragöl Dövlət Təbiət Qoruğuna daxildir. Ermənistan Laçını işğal etdikdən sonra dövlət sərhədini irəli çəkib, indi Azərbaycan dövlət sərhədini bərpa edir.
Ermənilərin hay-küy salmasının səbəbi Gorusun içməli suyunun böyük hissəsinin bu göldən təmin edilməsidir. Sərhədin bərpası ilə Gorus rayonu ciddi su problemi ilə üzləşə bilər, o cümlədən, illərdir qurulan infrastuktur əllərindən çıxacaq. Bununla yanaşı, Azərbaycan ordusunun Sisian rayonuna nəzarəti güclənə bilər. Erməni ekspertlər bildirir ki, Azərbaycanın Sisian rayonuna nəzarətinin güclənməsi Süniki (Zəngəzur) şimaldan nəzarətə alması deməkdir.
Qara göl istiqamətində sərhədin demarkasiyasının niyə indi başlamasının üç səbəbi mümkündür.
Birincisi: bölgənin çətin relyefi qış aylarından mövqeləri bərpa etməyə imkan vermirdi;
İkincisi: müharibədən sonra başlanan demarkasiya işləri həmin bölgəyə indi çatır;
Üçüncüsü: Lavrovun səfərində demarkasiya işlərinin sürətlənməsi və Ermənistanın yarada biləcəyi problemlərin Rusiya tərəfindən alınması üzərində razılıq əldə olunub;
Rusiya hərbçilərinin bölgədə prosesi nizamladıqları haqda məlumatlar var. Bunun fonunda erməni mənbələr Tavuş istiqamətində də hansısa proseslərin getdiyini yazır. Söhbət Qazaxın işğal altında olan 7 rayonundan gedir. Bölgədə kommunikasiyanın bərpası prosesində bu kəndlərin də taleyinin müəyyənləşməsi gözləniləndir.
Asif Nərimanlı
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü