Nida Təhlil
Putinlə Paşinyan nələr danışıb? - Kreml İrəvanı RÜSVAY ETDİ
Bu gün səhər saatlarında Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığı ilə bağlı hər iki tərəfin yaydığı məlumat arasında fərqlər var.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, Ermənistan Baş nazirliyi N.Paşinyanın Putini Qaragöl ətrafındakı vəziyyət, İrəvanın KTMT-yə məsləhətləşmələr üçün müraciəti və s. barədə məlumatlandırıb. Paşinyan Azərbaycan Ordusunun bu addımını “Ermənistanın dövlət sərhədlərinə müdaxilə” kimi qiymətləndirdiyini də bildirib.
Bunun ardınca isə ən ciddi məqam gəlib. Belə ki, Ermənistan Başnazirliyindən yayılan açıqlamada qeyd edilib: “Ermənistan və Rusiya liderləri Azərbaycan silahlı birliklərinin bəlli mövqedən geri çəkilməli olduğu fikrini bölüşüblər”.
Bu məlumatdan bir neçə dəqiqə sonra Kremlin yaydığı rəsmi açıqlamada isə telefon danışığına aid bu hissə və Putinin Azərbaycan Ordusunun mövqelərdən geri çəkilmə məsələsində “həmfikirliyi” barədə heç bir söz yoxdur.
Putin yalnız eskalasiyanın yolverilməzliyini ifadə edib və 10 noyabr 2020-ci il bəyanatının tələblərinə əməl edilməsini istəyib, həmçinin qısa müddətdə situasiyanın stabilləşəcəyinə inandığını bildirib.
Göründüyü kimi, Ermənistan hər zaman olduğu kimi, bu dəfə də haqsız və ədalətsiz olsa da, şou yaradaraq, zəbt etdiyi ərazidən çıxmamaq üçün rəsmi səviyyədə informasiya manipulyasiyası edir.
Qeyd edək ki, Azərbaycan Ordusu 12 mayda sərhədlərin bərpası prosesi çərçivəsində xəritələrə uyğun olaraq Qaragöl istiqamətində irəliləyib. Bundan Ermənistan böyük bir şou düzəldib və saxtakarlıqla guya Azərbaycanın Ermənistanın sərhədlərinə müdaxilə etdiyi hay-küyünü qoparıb.
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü