Ermənistan tezliklə Zəngəzur dəhlizini açmalıdır - Deputat
Bizi izləyin

Nida Təhlil

Ermənistan tezliklə Zəngəzur dəhlizini açmalıdır - Deputat

"Ötən ilin 10 noyabrında imzalanan üçtərəfli sazişə əsasən, Ermənistan tezliklə Zəngəzur dəhlizini açmalıdır. Bu, mütləq həyata keçiriləcək".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. Millət vəkili düşünür ki, 20 iyunda Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı gərginlik bu prosesə maneə yaradır:

"Prezident 20 may çıxışında Azərbaycanın Amerika Birləşmiş Ştatları və Rusiya ilə münasibətləri barəsində çox açıq və real vəziyyəti əks etdirən fikirlər səsləndirib. Azərbaycan müstəqil dövlət kimi hər zaman tərəfdaşlıq və əməkdaşlıq istiqamətində münasibətlərin inkişafına hazırdır. Bu inkişaf mövcuddur. Bizim istəyimiz iqtisadi əməkdaşlıqların daha geniş olmasıdır. Digər istiqamətlərdəki əməkdaşlıqlarımız da bizim mütəqilliyimizə və müstəqil siyasətimizə maneə yaratmamalıdır. Mədəniyyət və humanitar sahələrdə əməkdaşlıqlarımızı inkişaf etdirmək üçün böyük potensial var".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm