Nida Təhlil
Yeni çağırışlar Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təminatına hesablanıb - Deputat
"Hazırkı dönəmdə Ermənistanda yaşanan siyasi və iqtisadi böhranın əsasında birmənalı olaraq ermənilərin işğalçılıq siyasəti durur. 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə nəticəsində yaratdığımız yeni reallıqlar regionumuzda təzə baxışlar və çağırışlar meydana gətirdi".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili vurğulayıb ki, bu yeni çağırışlar Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin uzunmüddətli təminatına hesablanıb: "Ölkələrarası əməkdaşlığı inkişaf etdirən, kommunikasiyaların açılmasına xidmət göstərəcək yeni beynəlxalq nəqliyyat dəhlizinin fəaliyyətinin bərpası uzun illər düşmənçilik meyillərini özündə yaşadan qonşu ölkələrin xalqlarının bir-birinə inteqrasiyasını sürətləndirməlidir".
Deputatın fikrincə, bu ilə qədər ölkəmiz iştirak etdiyi bütün beynəlxalq platformalarda ərazilərimizin 20%-i ermənilərin işğal etdiyini və bu işğala son qoyulması üçün beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırışlar edirdisə, artıq indi regionda inkişaf və əməkdaşlığın perspektivlərindən danışılır: "Təbii ki, bu, Azərbaycanın regionda yaratdığı yeni reallıqla əlaqədardır. Bu yeni reallıq ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə bağlıdır. Dağlıq Qarabağ münaqişəsi bitib. Artıq regionda əməkdaşlıq və kommunikasiyaların açılması üçün birgə səylərin göstərilməsi istiqamətində müzakirələr gündəmə gəlib".
Tural Turan
-
Köşə11:20
Çoban Vəfanın “qoyun sürüsü”
-
Sosial10:32
Araz Əsgərliyə yeni vəzifə verildi
-
Rəsmi xronika09:56
Prezident onları təltif etdi
-
MDB09:24
Rusiya və ABŞ rəsmiləri arasında gizli görüş: Ukrayna ilə bağlı görün nə danışıblar
-
Nəqliyyat08:34
Hazırda bu yollarda tıxac var - SİYAHI
-
Hadisə07:55
Azərbaycanda zəlzələ oldu
-
Sosial06:16
Daha bir dələduzluq növü: “20 manat ödəniş edirsiniz, sonra isə 3 aylıq..."
-
Sosial02:43
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR