Nida Təhlil
Millət vəkili: “İstənilən halda Azərbaycanın dəmir yumruğu Ermənistanın başı üzərindədir”
Təkcə Naxçıvanda deyil, son vaxtlarda digər sərhədboyu istiqamətlərdə də ermənilər təxribat törədirlər. Bir neçə gün bundan əvvəl Kəlbəcər istiqamətində postlarımıza gedən yolları minalanmağa çalışan diversant dəstəsi Silahlı Qüvvələrimiz tərəfindən tərkisilah edilib, 6 nəfər zərərsizləşdirilib. Bununla kifayətlənməyən Ermənistan indi Naxçıvan istiqamətində də təxribat törədib, atəşkəs rejimini pozub.
Bu sözləri Publika.az-a millət vəkili Fəzail Ağamalı deyib. Deputat bildirib ki, Ermənistan fərqli niyyətlərini həyata keçirməyə cəhd edir:
“Paşinyan bu yaxınlarda verdiyi açıqlamasında təklif edib ki, Azərbaycan və Ermənistanın sərhədinə beynəlxalq səviyyəli qüvvələri gəlsin. Bu, Rusiya da, Fransa da, Amerika da ola bilər. Görünən budur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciəti bir nəticə vermədiyinə üçün, Türkiyə kifayət qədər məsuliyyətli və təmkinli davrandığına, Rusiya Paşinyanın avantürasına yox dediyinə görə, Paşinyan öz hiyləgərliyinə söykənərək Rusiyadan uzaqlaşmağa başlayıb. Ola bilsin ki, seçkilərdə Rusiya Paşinyanın məğlubiyyəti üçün ciddi addımlar atıb. Koçaryan və iş adamı Qaqik Tsarukyanın Ermənistana gəlişi, eyni zamanda Paşinyanın küncə sıxışdırılması ilə atılan addımlar məhz onu belə bir manevr etməklə Qərbi özünə tərəf çəkməyə sövq edir. Odur ki, sərhəd bölgəsində bu cür təxrübatlara əl atır, atəşkəs rejimini pozur ki, Fransanın daha çox dəstəyini ala bilsin, hətta hərbi qüvvə istəsin. Fransa isə bundan istifadə edərək Ermənistanın sərhədində öz mövqelərini təmin etsin. Fransa BMT-nin Təhlükəsizlik Şurasında məsələni müzakirəyə çıxa bilər. Çünki Fransa Ermənistanın sərhədlərini qorumağa gəlsə, birmənalı olaraq Rusiya ilə toqquşma olacaq. Çünki Ermənistanın bu baxımdan Rusiyanın qarşısında öhdəliyi və müqaviləsi var. Bu hiyləgər oyun əsasında Paşinyan Qərbi öz yanına tamamilə çəkmək, orada etimadını gücləndirməklə Qərbin Ermənistana gəlməsini təmin etmək niyyətindədir. İstənilən halda Azərbaycanın dəmir yumruğu Ermənistanın başı üzərindədir, atdığı hər hansı addıma Azərbaycan Silahlı Qüvvələri tərəfindən sərt cavab veriləcək”.
Aytən Məftun
-
Sosial6 Dekabr 22:56
Baş seysmoloq yüksək zəlzələ ehtimalı olan əraziləri AÇIQLADI - VİDEO
-
Ekopublika.az6 Dekabr 22:08
Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
-
Hadisə6 Dekabr 21:43
Azərbaycanda tələbə qəfil öldü - FOTO
-
Magazin26 Dekabr 21:19
Maykl Ceksonun qızı nişanlandı - Fotolar
-
Nəqliyyat6 Dekabr 19:45
Bu avtobusun gediş haqqı 80 qəpik olacaq
-
Kriminal6 Dekabr 19:15
Bakıda liftlərdə uşaqlara əxlaqsız hərəkətlər edən manyak saxlanıldı - FOTO
-
Kriminal6 Dekabr 19:05
Ramin Deko saxlanıldı
-
Kriminal6 Dekabr 18:25
Ehtiyatda olan polkovnik-leytenant həbs olundu