Nida Təhlil
Azərbaycan ordusunun antiterror əməliyyatı: Başlamağı ilə bitməyi bir olacaq

“Azərbaycan tərəfinin verdiyi təkliflərə cavab olaraq erməni silahlılarının həm yeni mövqelər inşa etməsi, həm də intensiv şəkildə atəşkəsi pozması ondan xəbər verir ki, erməni tərəfi Azərbaycanın verdiyi təklifləri qəbul etmək niyyətində deyil”.
Bu sözləri Publika.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Onun sözlərinə görə, belə olan halda Azərbaycan tərəfi erməni silahlılarını öz ərazilərindən təmizləmək hüququna malikdir:
“Qarabağda yerləşən istənilən silahlı erməni terrorçusu Azərbaycan ordusu üçün artıq legitim hədəf elan oluna bilər. Hazırda Qarabağda mövcud olan 10000 nəfərlik terrorçu dəstənin Azərbaycan ordusuna qarşı hansısa aktiv fəaliyyətləri mümkün görünmür. Daha əvvəl həyata keçirdiyimiz əməliyyatlar zamanı da bu terrorçular Azərbaycana qarşı heç bir müqavimət göstərə bilməyiblər.
Belə olan halda Azərbaycan ordusunun rusların müvəqqəti nəzarətində olan istənilən ərazidəki əməliyyatı həm uğurla, həm də ən qısa zamanda başa çatdırmaq potensialına malik olduğu kimsədə şübhə doğurmur.
Aydan Beydullayeva

-
Qoroskop07:30
Sevgidə bəxti gətirməyən BÜRCLƏR açıqlandı
-
Nida Xəbər 07:00
Şəhid anası oğlunun məzarına Şuşa və Laçından kəklikotu gətirdi - VİDEO
-
Magazin106:21
Ermənilərin arasında da yaxşı insanlar var - Xalq artisti
-
Qoroskop06:06
Pulunun qədrini bilən bürclər: İdarə etməyi bacarırlar
-
Dünya02:28
Bədən tərbiyəsi müəllimi şagirdi vurdu, sonra da boğmağa çalışdı - VİDEO
-
Nida Xəbər 00:51
23 saat 43 dəqiqəyə 192 can - VİDEO
-
Hadisə00:31
Türkiyədə azərbaycanlı qadın güllələndi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: Yeni işə başlamaq olar