Çingiz Qurbanovun atası İlham Əliyevə TƏŞƏKKÜR ETDİ
Bizi izləyin

Nida Xəbər

Çingiz Qurbanovun atası İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Çingiz Qurbanovun atası İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Xəbər veridyimiz kimi, şəhid Çingiz Qurbanova Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən "Milli Qəhrəman" adı verilib.

Çingizin atası Salman Qurbanov Publika.az-a açıqlamasında oğluna “Milli Qəhrəman” adını verməsinə görə dövlət başçısı İlham Əliyevə minnətdar olduğunu söyləyib: “Ailəmiz adından Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. Allah prezidentimizin canını sağ eləsin. Cənab prezident hər zaman şəhidlərimizin, vətəndaşlarımızı arxasındadır. Bir şəhid atası kimi dövlət başçısına minnətdarlığımı bildirirəm.

Çingizin ölkəyə gətirilməsi, dəfni zamanı dövlətin, ölkə rəhbərliyinin necə diqqət göstərməsini hər kəs gördü. Allah Azərbaycan xalqını qorusun”.

Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Erməni Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olub. Onun nəşi nəşi fevralın 5-də geri qaytarılıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm