Nida Xəbər
Türkoloqlar hesabat verdi
Nəsimi adına Dilçilik İnstitutunda Türkologiya jurnalının hesabat tədbiri keçirilib.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu jurnalın tarixindən söz açıb. O,bildirib ki, akademik M.Ş.Şirəliyevin təşəbbüsü və Moskva, Leninqrad şəhərlərindən olan rus türkoloqların dəstəyi ilə 1966-cı ildə Bakıda I Ümumittifaq Türkoloji Qurultayının 40 illiyinə həsr olunmuş tədbirdə məsələ gündəmə gəlib,1970-ci ildə “Sovetskaya türkologiya” jurnalı fəaliyyətə başlayıb. Jurnal təsis olunandan 1987-ci ilin iyuluna kimi onun baş redaktoru görkəmli türkoloq, akad. M.Şirəliyev olub. 1987–1993-cü illər arasında jurnalın baş redaktoru Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya EA-nın Dilçilik İnstitutu türk dilləri bölməsinin müdiri Əthəm Tenişev olub.
1992-ci ildən “Sovetskaya türkologiya” jurnalı artıq “Türkologiya” adı ilə fəaliyyətini davam etdirir.
“Türkologiya” jurnalının baş redaktoru akademik Kamal Abdulla çıxışında jurnalının hazırkı fəaliyyət istiqamətlərini diqqqətə çatdırıb.
Bildirib ki, “AMEA-nın Rəyasət Heyətinin qərarı ilə “Türkologiya jurnalı” təkcə dilçilik məsələlərini deyil, ədəbiyyat, tarix, fəlsəfə, folklor, mifologiya üzrə türkoloji araşdırmaları da işıqlandırılır. Bu qərardan sonra “Türkologiya” jurnalının redaksiya heyətinin yeni üzvləri təsdiq olunub”.
Akademik həmçinin Türkologiya jurnalının xaricdə də böyük nüfuza malik olduğunu vurğulayıb. K.Abdulla Türkologiya jurnalında Qazaxıstan, Almaniya, Özbəkistan, Polşa, Özbəkistandan daxil olan məqalələrin işıq üzü gördüyünü də nəzərə çatdırıb.
Akademik Türkologiya jurnalın nəzdində seminarların təşkili və yaxın zamanlarda jurnalın əlavələrinin çap olunması məsələləri barədə də məlumat verib.
“Biz öz qarşımıza abunə məsələsini də qoymuşuq. Jurnalın 38 abunəsi mövcuddur.Jurnal həm ölkədaxilində elm və təhsil müəssisələrinə,kitabxanlara, həm də xaricə hədiyyə kimi də göndərilir”.
Kamal Abdulla çıxışının sonunda bildirib ki, bu iclas Dilçilik İnstitutuna olan xüsusi bir münasibətin təzahürü kimi qiymətləndirilsin.
“Türkologiya” jurnalının baş redaktor müavini AMEA-nın müxbir üzvü Muxtar İmanov jurnalın fəaliyyətini yüksək qiymətləndirib.M.İmanov öncə jurnaldakı dəyişikliklərdən söz açıb. Həmçinin M.İmanov çıxışında “Türkologiya” mərkəzinin yaradılmasını uğurlu tapıntı kimi dəyərləndirib.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."