Nida Xəbər
Daxili Qoşunların Baş İdarəsində Xocalı faciəsi qurbanlarının xatirəsi yad edildi
Daxili Qoşunların Baş İdarəsində Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Daxili Qoşunların mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Abbasov çıxış edib.
Tarixdə misli görünməmiş faciə olan Xocalı soyqırımı haqqında məlumat verən məruzəçi ötən əsrlərdən erməni daşnakları tərəfindən soydaşlarımızın xüsusi amansızlıqla qətlə yetirildiyini və bu vandalizmə dünya ictimaiyyətinin hələ də göz yumduğunu diqqətə çatdırıb. Bildirib ki, baş vermiş məlum hadisələr xalqımızın qan yaddaşında dərin izlər buraxıb, 25 il ötməsinə baxmayaraq, soyqırımının günahkarları hələ də cəzasız qalıb.
Erməni separatçılarının Azərbaycan xalqına qarşı törətdikləri silsilə soyqırımı aktlarının, onların məkrli siyasətinin dünya, eləcə də region dövlətləri tərəfindən dəstəkləndiyini təəssüf hissi ilə qeyd edən V.Abbasov beynəlxalq aləmdə hələ də ikili standartların hökm sürdüyünü deyib.
Bu gün "Xocalıya ədalət!" kampaniyasının dövlətimizin xarici siyasətinin ən mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdıran məruzəçi vurğulayıb ki, erməni qəsbkarları tərəfindən törədilmiş misli görünməmiş vəhşiliklərin, xalqımızın başına gətirilmiş amansızlıqların dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Anım tədbirində, həmçinin Xocalı faciəsinin fraqmentlərini əks etdirən videosüjet nümayiş etdirilib.
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?