Milli Şuranın mitinqi başa çatdı - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

Milli Şuranın mitinqi başa çatdı - FOTO - (YENİLƏNDİ)

Milli Şuranın “Məhsul” stadiona təyin etdiyi mitinq başlayır.

Milli Şuranın “Məhsul” stadionunda keçirdiyi mitinq başa çatdı.

Publika.az xəbər verir ki, iştirakçılar mitinqi vaxtından əvvəl tərk etməyə başlayıblar. Daha sonra Milli Şura rəhbərliyi insanların getdiyini görərək, mitinqi yekunlaşdırıb.

***

Milli Şuranın mitinqində bir sıra məqamlar diqqət çəkir.

Publika.az
xəbər verir ki, mitinq iştirakçılarının sayı 400-500 nəfərə qədərdir.

İştirakçılar arasında dindarların çoxluğu diqqət çəkir. Dindarlar Nardaran hadisələrinə görə həbs olunanların fotoları olan plakatlar qaldırıb. Mitinqdə Avropa İttifaqının bayraqları da qaldırılıb.

Tribunaya Əli Kərimli, Cəmil Həsənli, Gözəl Bayramlı və Gültəkin Hacıbəyli çıxıb.

İlk çıxış edən Əli Kərimli Azərbaycanda 45 il ərzində hakimiyyətin dəyişmədiyini deməklə mitinqdə iştirak edənlərin də gülüş hədəfinə çevrilib.

Mitinqdə çıxış edən Cəmil Həsənli isə əsasən gənclərə müraciət edib, onlar haqda danışıb.

Cəmil Həsənlinin hakimiyyətin ünvanına ittihamlarını Gültəkin Hacıbəyli davam etdirib.

Milli Şuranın mitinqi başa çatmasa da, iştirakçılar “Məhsul” stadionunu yavaş-yavaş tərk edirlər.

Ümumi sayı 400-500 olan mitinq iştirakçılarından hazırda stadionda çox az hissəsi qalıb.

***

AXCP sədri Əli Kərimli mitinq yerinə təyin olunan vaxtdan gec gəlib.

Hazırda mitinq davam edir.

Mitinqdə diqqət çəkən məqam dini şüarların yazıldığı plakatların qaldırılması, həmçinin, Taleh Bağırzadəyə azadlıq tələbidir.

***

Milli Şuranın “Məhsul” stadiona təyin etdiyi mitinq başlayır.

Publika.az xəbər verir ki, stadiona hazırda çox az sayda iştirakçılar toplaşıb. Milli Şuranın rəhbərliyində təmsil olunan Əli Kərimli, Cəmil Həsənli və digərləri hələ də mitinq yerinə gəlməyib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm