Zakir Həsənov təlimlərdəki vəziyyətə dair məruzələri dinlədi
Bizi izləyin

Nida Xəbər

Zakir Həsənov təlimlərdəki vəziyyətə dair məruzələri dinlədi

Qoşunların idarəolunması üzrə göstərişlər verilib.

Təlimlər zamanı müdafiə naziri general-polkovnik Zakir Həsənovqoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin dinamik dəyişən vəziyyət və qəbul edilən qərarlara dair məruzələrini dinləyib.
Publika.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, qarşılıqlı fəaliyyətin effektivliyinin artırılması və qoşunların idarəolunması üzrə göstərişlər verilib.

Verilən taktiki müdaxilələr üzrə dəyişən şəraitdə qoşunların tapşırıqları düzgün qavramaları və yerinə yetirmələri məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi hissələrin və bölmələrin ərazidə praktiki fəaliyyəti yoxlanılıb.

Əsas diqqət silahlanmaya yeni qəbul edilmiş silah və hərbi texnikanın tətbiqi ilə taktiki fəaliyyətlərin yeni üsullarına yönəldilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm