Nida Xəbər
Ermənistan ordumuzdan qorxub geri çəkildi – Məkrli Şuşa PLANI İNKAR EDİLDİ
Azərbaycanın işğal olunmuş torpaqlarında qondarma DQR
rejimi yaradan Ermənistan Şuşanı bu rejimin “paytaxtı” etmək
istəyir.
Publika.az xəbər verir ki, bu barədə ermənipərəst “Regnum”
agentliyi öz mənbəsinə istinadən məlumat yayıb.
Mənbə deyib ki, qondarma rejimin “paytaxtı”nın Xankəndindən Şuşaya
köçürülməsi prosesi başlanıb.
Qeyd edək ki, bu addım Azərbaycan Konstitusiyasına, eləcə də
beynəlxalq hüquq normalarına ziddir. Lakin Ermənistanın işğalçı
rejiminin beynəlxalq hüquq normalarını tapdaladığı göz
qabağındadır.
Burada düşündürücü sual qondarma rejimin “paytaxtı”nın Şuşaya
köçürülməsi məsələsinin niyə məhz indi gündəmə gəlməsidir. Bu
məsələnin məhz Şuşanın işğal günü ərəfəsində ortaya çıxması da
diqqətdən yayınmır. Görünür, Ermənistan hakimiyyətinin işğal
etdikləri Azərbaycan torpaqları ilə bağlı məkrli planları davam
edir. Şuşaya köçmə işi də məhz işğal etdikləri torpaqları
mənimsəmək məqsədlərindən xəbər verir.
Ermənistan mediası isə “paytaxtın” Şuşaya köçürülməsinin Qarabağda
gərginliyin artmasına səbəb olacağını yazıb.
“Armeninareport” saytı yazır ki, Dağlıq Qarabağ münaqişəsində
vəziyyət ipdən asılıdır və belə bir addım müharibəni körükləyə
bilər.
Diqqətçəkən məqam odur ki, bu xəbərlərin yayılmasından sonra dünən
günün sonunda qondarma rejimin sözçüsü David Babayan “paytaxtın”
Şuşaya köçürülməsi haqda məlumatları təkzib etdi.
Asif
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər