Zakir Qaralov: “Müsəlman dövlətlərinin siyasi sabitliyinə ehtiyac var”
Bizi izləyin

Nida Xəbər

Zakir Qaralov: “Müsəlman dövlətlərinin siyasi sabitliyinə ehtiyac var”

Bütün bunlar həmin ölkələrin iqtisadi tərəfdən inkişafını labüd edir.

“Yaşadığımız müasir dövrdə müsəlman dövlətlərinin siyasi sabitliyinə, mənəvi həmrəyliyinə və tərəfdaşlığına böyük ehtiyac var”.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Zakir Qaralov bu gün Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərlərinin və ombudsmanlarının 3-cü iclasında çıxışı zamanı bildirib.

Z.Qaralov deyib ki, bütün bunlar həmin ölkələrin iqtisadi tərəfdən inkişafını labüd edir:

“İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələri arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, eləcə də qarşıya qoyulan məqsədlərə tam nail olunması üçün yaxşı şərait mövcuddur. Azərbaycan bu məsələyə hər zaman öz töhfəsini verir”.

Z.Qaralov deyib ki, korrupsiya hallarına qarşı mübarizə tədbirlərinin güclənldirilməsi daim diqqət mərkəzində saxlanılır:

“Azərbaycan beynəlxalq və regional səviyyədə bütün konvensiyalara qoşulub, bu sahədə qanunvericilik təkmilləşdirilib, işlək mexanizm yaradılıb. Bu sahədə 3 milli fəaliyyət planının icrası başa çatdırılıb. Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya və Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu sahədə uğurla fəaliyyət göstərir. Korrupsiyaya qarşı mübarizədə “ASAN xidmət”in rolunu xüsusi vurğulamaq istəyirəm. Burada fəaliyyət korrupsiyanı tam istisna edir. “ASAN xidmət” beynəlxalq səviyyədə digər ölkələrə tövsiyə edilməkdədir. Bu gün tam əminliklə demək olar ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə səmərəli mexanizm mövcuddur”.

Z.Qaralov vurğulayıb ki, İqtisadi Əməklaşlıq Təşkilatı müxtəlif mədəniyyətləri birləşdirən bir körpüdür:

“Azərbaycan təşkilatın tədbirlərində aktiv iştirak edir, iki dəfə tədbirlərə ev sahibliyi edib. Azərbaycan iki dəfə bu təşkilata sədr seçilib. Bu baxımdan da İƏT-in tədbirinin Bakıda keçirilməsi mühüm hadisədir”.

Baş prokuror qeyd edib ki, Ermənistanın işğalı nəticəsində 1 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb:

“Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkədə sabitlik təmin olunub, hüquqi islahatlar yolu seçilib. Bu kurs Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm