“Güclü Azərbaycan güclü Türkiyə deməkdir” - Erkan Özoral
Bizi izləyin

Nida Xəbər

“Güclü Azərbaycan güclü Türkiyə deməkdir” - Erkan Özoral

"15 iyul hadisələri Pensilvaniyada yaşayan bir şəxsin əmrini kor-koranə şəkildə yerinə yetirmək idi. Həmin gün Türkiyə xalqı prezidenti ilə birlik və demokratiya dərsi nümayiş etdirdi. Dövlət çevrilişi cəhdindən sonra Türkiyə xalqı hökumətə cəmiyyəti xainlərdən təmizləməkdə yardım etdi”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 2016-cı ildə Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdin 1 illiyi münasibətilə keçirilən mətbuat konfransında deyib.

Səfir bu məsələdə ən böyük dəstəyi Azərbaycandan aldıqlarını bildirib: "FETÖ-nün tam zərərsizləşdirildiyini demək olmaz. 1 il əvvəllə müayisədə təhlükə ciddi deyil. Amma qruplaşma kökdən məhv edilməyincə təhlükənin tam aradan sovuşduğunu demək olmaz. Fətullah Gülənin Türkiyəyə ekstradisiya olunması ilə bağlı danışıqlar davam edir. Bu məsələdə Türkiyənin müttəfiqləri öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirmirlər. Təəssüf ki, bu məsələdə Azərbaycanın göstərdiyi həssaslığı digər dövlətlərdən görmürük. Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm. Güclü Azərbaycan güclü Türkiyə deməkdir. Çevrilişin qarşısını almağa çalışarkən ölən 255 nəfər arasında bir azərbaycanlı da var idi. Biz terrorla birgə mübarizə aparırıq. Təəssüf ki, bu gün bir sıra ölkələr terrorçulara dəstək və sığınacaq verir. Amma bu ölkələr bilməlidir ki, bir gün terrorçular onlara da zərbə vuracaqlar".

Səfir son olaraq qeyd edib ki, iyulun 18-19-da Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm