Nida Xəbər
Yol polisindən plyonka reydi
Avtomobilin şüşələrinə plyonka çəkərək idarə edən 14 sürücü saxlanılıb və onların avtomobilləri cərimə meydançasına aparılıb.
Publika.az bildirir ki, bu barədə mətbuata Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
V.Əsədovun sözlərinə görə, isti hava şəraiti olsa da belə, avtomobillərin şüşələrinə plyonkaların çəkilməsi yolverilməzdir və bu, inzibati xəta tərkibi yaradır: “Xatırladırıq ki, yalnız Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş standartlara uyğun olaraq, mayın 1-dən noyabrın 15-ə qədər avtomobilin qapı şüşələrinə jalüz və pərdələr vurularaq istismar edilməsinə icazə verilir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, avtomobilin şüşələrinə plyonka çəkilərək idarə edilməsinə görə, sürücü 150 manat cərimə olunur.
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO