Nida Xəbər
Azərbaycan və Çin diplomatları arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və Çin xarici işlər nazirinin müavinləri Xələf
Xələfov və Li Huilai siyasi məsləhətləşmələr çərçivəsində
ikitərəfli münasibətlərin hazırki vəziyyəti və inkişaf
perspektivlərini müzakirə ediblər, regional və qarşılıqlı maraq
kəsb edən beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi
apaıblar.
XİN-nin mətbuat xidmətindən Publika.az-a verilən
məlumata görə, Xələf Xələfov Azərbaycan və Çin arasında ikitərəfli
münasibətlərin hazırda bütün istiqamətlər üzrə yüksələn xətlə
inkişaf etdiyini bildirərək, Çin ilə münasibətlərin Azərbaycan üçün
prioritet istiqamət olduğunu qeyd etdi.
Hər iki ölkənin rəhbərləri tərəfindən əsası qoyulmuş siyasi
dialoqun yüksək səviyyəli və intensiv xarakterli qarşılıqlı
səfərlərlə daha da möhkəmləndirildiyini bildirən X.Xələfov
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci
ildə Çinə rəsmi səfərini xatırladaraq, səfər çərçivəsində
imzalanmış çoxsaylı sənədlərin və əldə olunmuş razılaşmaların
ikitərəfli münasibətlərin hazırkı səviyyəyə yüksəldilməsinə əsaslı
təkan verdiyini vurğuladı.
Azərbaycanın Çinlə əməkdaşlığın bütün sahələrində, xüsusilə
uzunmüddətli iqtisadi münasibətlər qurmaqda maraqlı olduğunu qeyd
edərək, Çin şirkətlərinin Azərbaycan iqtisadiyyatında iştirakı,
həmçinin, Azərbaycan şirkətlərinin Çinin iqtisadi subyektləri ilə
ticari-iqtisadi əlaqələrin inkişafının təqdirəlayiq hal olduğunu
bildirdi. X.Xələfov iki ölkə arasında iqtisadi münasibətlərin
dərinləşməsində Hökumətlərarası İqtisadi Komissiyasının
fəaliyyətini xüsusilə qeyd etdi.
X.Xələfov Azərbaycanda qeyri-neft sektorunun inkişafı məqsədilə
həyata keçirilən köklü islahatlar barədə danışaraq, energetika,
sənaye, nəqliyyat, kommunikasiya, informasiya texnologiyaları,
turizm, ticari əlaqələrin genişləndirilməsi və şaxələndirilməsi
sahəsində əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildirdi.
Qlobal xarakterli irimiqyaslı enerji və nəqliyyat layihələrini
həyata keçirərək və bu layihələrin reallaşdırılmasında etibarlı
tərəfdaş kimi çıxış edərək Azərbaycanın Çinin irəli sürdüyü “Bir
kəmər-bir yol” təşəbbüsünü dəstəklədiyini qeyd etdi.
Nazir müavini Azərbaycanın müstəqilliyinin bərpasının ilk
günlərindən Çin hökumətinin Azərbaycanın müstəqilliyi, suverenliyi
və ərazi bütövlüyünə qəti və dəyişməz dəstəyinin yüksək
qiymətləndirildiyini vurğulayaraq, Azərbaycanın “Vahid Çin”
prinsipini siyasi münasibətlərin qurulmasının ilk anlarından
etibarən birmənalı və ardıcıl olaraq dəstəklədiyini diqqətə
çatdırdı. O, müstəqillik, suverenlik və ərazi bütövlüyünə
qarşılıqlı hörmətin ən yüksək səviyyədə imzalanmış sənədlərdə də öz
əksini tapdığını və siyasi planda ölkələrimiz arasında heç bir
fikir ayrılığının mövcud olmadığını əlavə etdi. X.Xələfov
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
Azərbaycanın ədalətli mövqeyinə verdiyi qəti dəstəyə görə Çin
tərəfinə təşəkkür etdi.
Azərbaycanı Çinin ənənəvi tərəfdaş və dostu adlandıran Li Huilai
iki ölkə arasında münasibətlərin qurulmasında Ümumilli lider Heydər
Əliyevin müstəsna xidmətlərini qeyd etdi və bu siyasi xəttin
Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam
etdirilməsindən məmnunluğunu bildirdi. O, Azərbaycan-Çin
münasibətlərinin təməlini qoymuş Azərbaycanın Ümummilli Lideri
Heydər Əliyevin Azərbaycanla yanaşı, Çin xalqı arasında da böyük
rəğbət və ehtiramla anıldığını əlavə etdi.
Li Huilai “Vahid Çin” prinsipinin Azərbaycan tərəfindən dəstəklənməsinin yüksək qiymətləndirildiyini bildirdi və Çin hökumətinin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü, eləcə də Azərbaycan hökumətinin sabitliyin təmin edilməsində həyata keçirdiyi siyasəti dəstəklədiyini bir daha bəyan etdi. Li Huilai xüsusilə BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə qəbul etdiyi məlum qətnamələrin yerinə yetirilməsinin dəstəklənməsinə dair Çinin mövqeyinin aydın və dəyişməz olduğunu diqqətə çatdırdı. Həmçinin, Cənubi Qafqaz regionunda sülh və sabitliyin qorunub-saxlanılmasında Çinin konstruktiv rol oynamağa hazır olduğunu əlavə etdi. O cümlədən, son hadisələr nəticəsində cəbhə xəttində həlak olanlar ilə əlaqədar başsağlığı verdi.
Asiya və Avropa arasındakı nəqliyyat qövşağında yerləşən Azərbaycanın “Bir kəmər-bir yol” layihəsi çərçivəsində əsas bağlayıcı rolunu vurğulayan qonaq, regionda Ölkəmizin iştirakı ilə həyata keçirilən bir çox əhəmiyyətli layihələrin inkişafının məmnunluqla qarşılandığını ifadə etdi.
Ölkəsi üçün Azərbaycanın Avrasiya regionunda əsas tərəfdaşlardan
biri olduğunu bildirən Li Huilai müasir İpək Yolunun inkişaf
etdirilməsində Çinin Azərbaycan tərəfi ilə birgə fəaliyyətə hazır
olduğunu qeyd etdi.
Ölkələrimiz arasındakı ticarət dövriyyəsinin daha da artırılması
üçün böyük potensialın mövcudluğunu qeyd edən çinli diplomat
Azərbaycan məhsullarının Çinə ixracının təşviq olunmasının
vacibliyini bildirdi.
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi