“Soyqırımı abidəsi”nə baş əyən azərbaycanlı nazirdən etiraz yaradacaq YENİ ADDIM: Lütfi Zadəyə... - - FOTO
Bizi izləyin

Nida Xəbər

“Soyqırımı abidəsi”nə baş əyən azərbaycanlı nazirdən etiraz yaradacaq YENİ ADDIM: Lütfi Zadəyə... - - FOTO

İrəvana səfər edərək qondarma “erməni soyqırımı” abidəsini ziyarət edən Kanadanın elm naziri Reza Moridi sosial şəbəkələrdə bu günlərdə vəfat edən böyük azərbaycanlı alim Lüzfi Zadə ilə fotosunu paylaşıb.

Publika.az
xəbər verir ki, R.Moridi Lütfi Zadənin ölümünə kədərləndiyi üçün bu addımı atıb. Lakin onun bu addımı birmənalı qarşılanmayıb. Belə ki, ermənilərə göstərdiyi dəstəkdən sonra Lütfi Zadə ilə fotosunu paylaşması sosial şəbəkələrdə etirazlara da səbəb olub. Hətta, R.Moridinin bu addımını özünü bağışlatmaq cəhdi kimi qiymətləndirənlər də var.

Qeyd edək ki, R.Moridi əslən azərbaycanlıdır, Cənubi Azərbaycanın Urmiya vilayətində doğulub. Dəfələrlə Bakıda səfərdə olub və Azərbaycan dövləti tərəfindən dəstək görüb. Həmçinin, Kanadada deputat seçilməyində bu ölkədəki türk və Azərbaycan diasporunun rolu olub.


Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm