Nida Xəbər
Azərbaycan “Dəmir günbəz” sistemini alıb? - Neft kəmərlərinə hücum və Bakının MÜAFİƏ PLANI
“Azərbaycan İsraildən “Dəmir günbəz” raket sistemini
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərini qorumaq üçün alır”.
Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın
“Rezonansi” nəşri yazıb.
Nəşr qeyd edir ki, Bakının bu planı Ermənistanın “İskəndər”
raketləri ilə BTC-ni vurmaq hədələrinə qarşıdır.
“Azərbaycan hesab edir ki, Ermənistan bu raketləri işə salarsa, ilk
olaraq neft kəmərinə təhlükə yaradacaq. Buna görə də “Dəmir
günbəzi”i Gəncə və Bakıya yerləşdirəcək”, - deyə məqalədə
bildirilir.
Nəşr həmçinin iddia edir ki, Azərbaycan artıq “Dəmir günbəzi” əldə
edib.
Qeyd edək ki, bu iddia Azərbaycan müdafiə naziri Zakir Həsənovun
İsrailə gözlənilməz səfəri fonunda diqqət çəkir. Həsənov ilk
Azərbaycan rəsmisi olaraq Təl-Əvivə səfər etmişdi. Səfər
çərçivəsində “Dəmir günbəz” və “Hermes 900” pilotsuz təyyarələrinin
alınması müzakirə olunub.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Təhlükəsizlik üzrə gürcü ekspert Vaxtanq Mayisaya nəşrə
açıqlamasında iddia edib ki, BTC-yə yönəlik təhdidlər Rusiyadan
qaynaqlanır.
Hərbi-siyasi analitik, general-mayor Amiran Salikvadze hesab edir
ki, Azərbaycan əvvəlki müharibələrin təcrübəsindən çıxış edərək, bu
addımları atır. Çünki 2014-cü ildə “avqust müharibəsi” zamanı boru
kəmərlərə raket hücumlarına cəhd edilmişdi.
“Təbii ki, Ermənistan və Azərbaycan arasında genişmiqyaslı hərbi
əməliyyatların bərpa olunması enerji obyektlərini də təhlükə altına
ata bilər. Azərbaycan məhz bu variantı düşünərək, dünyanın ən
təkmil raketdən müdafiə sistemlərini alır. Lakin hesab etmirəm ki,
müharibənin səviyyəsi bu qədər irəli gedəcək”, - deyə o
bildirib.
Asif
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?