Nida Xəbər
“Aprel müharibəsi”nin daha bir SİRRİ AÇILDI - Ordumuz erməni kəşfiyyatını NECƏ ALDATDI?
Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan
torpaqlarında yaradılan qondarma “DQR” rejiminin “operativ müdafiə
bölməsinin müdiri”, polkovnik Viktor Arustamyan “aprel
müharibəsi”ndə Azərbaycanın taktiki döyüş bacarığının erməni hərbi
birləşmələrinin məğlub edilməsində böyük rol oynadığını etiraf
edib.
Publika.az xəbər verir ki, V.Arustamyan Daşnaksütyun
partiyasının təşkil etdiyi “rəqibin və bizim hərbi-siyasi
taktikası” adlı konfransda sualları cavablandırıb.
“Yelk” blokunun parlament fraksiyasının rəhbəri Nikol Paşinyan
“Niyə “aprel müharibəsi”ndə bizim hərəkətlərimiz rəqibin
addımlarına adekvat deyildi” deyə soruşub.
Erməni polkovnik əvvəlcə etiraf edib ki, “aprel müharibəsi”ndə çox
səhv ediblər.
“Bizim kəşfiyyat məlumatlarımızın çoxu yanlış çıxdı. Misal üçün,
cəbhə xəttində iki tankın gəldiyi eşidilir, növbəti gecə tanklar
geri qayıdır. Texnikanın daimi hərəkəti ilə onlar bizi aldatmağı
bacardı. Yalnız son anda gözlənilmədən zirehli texnikanı tətbiq
etdilər”, - deyə o, Azərbaycanın hərbi taktikasının güclü olduğunu
etiraf edib.
“Aravot” qəzetinin müxbiri Arustamyana “əgər “aprel müharibəsi”nə
qədər azərbaycanlılar hərbi texnikanın hərəkəti ilə bizi aldadıbsa,
bu, “biz nə qədər ayıqıq” sualını yaradır. Heç olmasa bu gün bu
hərəkətlərə hazırıqmı?” sualını ünvanlayıb.
Erməni polkovnik cavabında etiraf edib ki, onlar böyük səhvlər
etdilər və rəqibin (Azərbaycanın) qarşısında zəifdirlər.
“Biz çox səhv etdik. Lakin bu gün səhvləri analiz edib, düzəltməyə
çalışırıq”, - deyə o bildirib.
Asif
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi