Nida Xəbər
FHN-nin Həmkarlar İttifaqı hesabat verdi - - FOTO
Bu gün Fövqəladə Hallar Nazirliyi (FHN) Aparatı işçilərinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilib.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, konfransda fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə iştirak edib.
FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov
çıxış edərək rəhbərlik etdiyi ittifaqın 2014-2017-ci illər ərzində
gördüyü işlər haqqında ətraflı məlumat verib.
FHN Aparatı işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri Nəcibə
Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın 2014-2017-ci illər ərzində
gördüyü işlərə dair hesabat məruzəsi ilə çıxış edərək bildirib ki,
komitə fəaliyyətini Azərbaycan prezidentinin fərman və
sərəncamları, FHN işçilərinin Həmkarlar İttifaqının qərar, göstəriş
və tövsiyələrinin üzvlər arasında təbliğ edilməsi əsasında qurub,
tarixi və əlamətdar günlərin, ictimai-siyasi bayramların, milli
adət-ənənələrimizin təbliğinə həsr olunmuş tədbirlər keçirib.
Komitə üzvü olan işçilərin doğum günləri qeyd edilib, sosial
vəziyyətləri aşağı olan işçilərə maddi və mənəvi köməklik
göstərilib, işçilərin sağlamlığının qorunması, asudə vaxtlarının
səmərəli keçirilməsi istiqamətində mühüm addımlar atılıb.
Komitə sədrinin hesabatı konfrans iştirakçıları tərəfindən
qənaətbəxş hesab olunub.
Konfransın sonunda Nəcibə Əfəndiyeva yenidən FHN Aparatı
işçilərinin Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ