Nida Xəbər
Ermənilər Sarkisyana ETİRAZ EDİR: “Sən Əliyevin qarşısında...”

Prezidentlərin Cenevrə görüşü haqda müzakirələr davam
edir.
Publika.az xəbər verir ki, Serj Sarkisyanın görüşdən
çıxarkən “qalib” görüntüsü yaratmasının əksinə olaraq, Ermənistanda
onun Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında məğlub
olduğunu hesab edirlər.
“Lragir” saytı yazır ki, Cenevrədə Vyana çağırışı (atəşkəsə nəzarət
mexanizmi - red.) səslənmədi: “Çoxları hesab edir ki, İrəvan ilkin
şərt kimi irəli sürdüyü bu məsələdən imtina etdi. Bunun fonunda
İlham Əliyevin görüş ərəfəsində “Ermənistan ilkin şərt olmadan
danışıqların yenilənməsinə razılaşdı” açıqlaması da təsadüfi deyil.
Bu baxımdan, Cenevrə görüşündə Azərbaycan ilkin şərt olmadan
danışıqların başlanmasına nail oldu. Bu Bakının qələbəsi hesab
edilir. Bəs Sarkisyan niyə heç bir qazanc görünməyən bu görüşə
getdi?! Onu kim inandırdı? Mümkündür ki, Rusiya Sarkisyanı buna
məcbur edib”.
Erməni siyasi şərhçi Naira Ayrumyan isə qeyd edir ki, Ermənistan
danışıqlara ilkin şərtlə getməyərək, geri çəkildiyini nümayiş
etdirdi.
Digər erməni şərhçi Akop Badalyan da hesab edir ki, Sarkisyan
Cenevrədə Azərbaycanın üstünlük hüququnu tanıdı.
“Ümumiyyətlə, Serj Sarkisyan və onun partiyasının təbliğatçıları
əvvəl dediyi sözlərdən geri çəkildi. Onlar etibar mühitinin
yaradılmayacağı təqdirdə görüşə getməyəcəklərini deyirdilər,
hərçənd, Cenevrədə bunun tam əksi oldu”, - deyə o bildirib.
Rusiyalı politoloq Pavel Klaçkovun Cenevrə görüşü haqda fikirləri
də diqqət çəkir.
Onun sözlərinə görə, Serj Sarkisyanın görüşdən sonra İsveçrədəki
erməni diasporunun qarşısında dediyi fikirlər daxili siyasətə
köklənmişdi.
“Auditoriya da təsadüfi seçilməmişdi. Çünki diaspor hesab edir ki,
İrəvan Azərbaycana güzəştə getməməlidir. Onları sakitləşdirmək üçün
Sarkisyan bu sözləri dedi”, - deyə o bildirib.
P.Klaçkov hesab edir ki, yaxın gələcəkdə Qarabağda yeni
toqquşmaların baş verməsi gözlənilir: “Çünki danışıqlarda konkret
irəliləyiş yoxdur və bu atmosferdə münaqişənin eskalasiyası
mümkündür”.
Asif

-
Elm və təhsil01:41
Keçid balı ən az olan İXTİSASLAR - SİYAHI
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Kiçik səhvlər böyüyə bilər
-
Magazin229 Aprel 23:36
Məşhur rok qrupunun vokalisti VƏFAT ETDİ - FOTO
-
Sosial29 Aprel 22:48
7 ay əvvəl toyu olmuşdu...
-
Magazin129 Aprel 22:12
“Həmin məktəb həyat yoldaşımın adını daşıyır”
-
Nida Xəbər 29 Aprel 21:00
Prezidentin qızları ICESCO-nun regional ofisinin rəsmi açılış mərasimində - FOTO
-
Hadisə29 Aprel 19:30
Bakının mərkəzindəki yanğınla bağlı YENİ XƏBƏR
-
Sosial29 Aprel 17:08
Bakının bu rayonunda qaz olmayacaq