Rəsmi Bakı: Qüds məsələsi beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır
Bizi izləyin

Nida Xəbər

Rəsmi Bakı: Qüds məsələsi beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır

Qüds məsələsi BMT qətnamələri, beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır.

Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov qeyd edib ki, Azərbaycan tərəfi İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı sammitində öz mövqeyini bildirdi: "Biz bu məsələdə müsəlman ölkələri ilə bir yerdəyik və düşünürük ki, Qüds məsələsi BMT qətnamələri, beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır".

Prezidentin köməkçisi vurğulayıb ki, Qüdslə bağlı atılan addım beynəlxalq aləmdə gərginlik yaradıb:

"Bu addımın atılmasına ehtiyac yox idi. Bu, dünyada beynəlxalq münasibətlərə töhfə vermr, əksinə, vəziyyəti gərginləşdirir”. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm