Milli Məclis bir sıra sazişləri təsdiqlədi
Bizi izləyin

Nida Xəbər

Milli Məclis bir sıra sazişləri təsdiqlədi

Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında 2017-ci il avqustun 8-də Bakı şəhərində imzalanmış Bəyannamə təsdiq edilib.

Publika.az xəbər verir ki, bəyannamə ilə bağlı məlumat verən millət vəkili Səməd Seyidov onun iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib.

S.Seyidov deyib ki, bu il ərzində Azərbaycan Parlamentində böyük işlər görülüb və bunlar hamısı ölkə Prezidentinin dəsti-xəttidir:

“Bu uğurları beynəlxalq əlaqələrə də aid etmək olar. Şərq tərəfdaşlığı sammmitində Prezidentin iştirakı, Azərbaycanda İslam Həmrəyliyi Konfransının keçirilməsi xarici siyasətimizdəki uğurlardan hesab edilə bilər. Bu gün Milli Məclisdə təsdiq edəcəyimiz Bəyannamə də məhz xarici uğurlarımızda uğurlu siyasətin davamıdır. Sənəddəki hər bir bənd iki ölkə arasındakı münasibətləri yüksək səviyyəyə yüksəltmək məqsədi daşıyır. Bu sənəddə tərəflərin Xəzər dənizinin bölünməsi ilə bağlı eyni mövqedən çıxış etməsini görürük. Həmçinin sənəddə Azərbaycanda Beynəlxalıq Dəniz Ticarət limanının tikilməsi də əks olunub ki, bu liman Türkmənistandakı eyni limanla əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcək”.

Milli Məclis həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında”, Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” sazişləri də təsdiqləyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm