Nida Xəbər
Cəbhədə SON VƏZİYYƏT
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 112 dəfə pozub.
Publika.az-a Müdafiə Nazirliyindən verilən
məlumata görə, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız
yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq,
Qazax rayonunun Kəmərli, Qaymaqlı, Cəfərli, Bala Cəfərli
kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex,
Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Muncuqlu,
Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy
rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən
mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun
Şuraabad, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli,
Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino,
Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd,
Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz,
Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında,
həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl
rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də
ordumuzun mövqeləri atəşə tutulub.
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı