Həmsədrlər fevralın 6-da Azərbaycana gələcək - (YENİLƏNDİ)
Bizi izləyin

Nida Xəbər

Həmsədrlər fevralın 6-da Azərbaycana gələcək - (YENİLƏNDİ)

ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın 6-da Azərbaycana səfər edəcəklər.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Minsk qrupunun həmsədrləri Endryu Şefer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun Bakıda rəsmilərlə görüşü fevralın 7-nə planlaşdırılıb.

Bundan sonra həmsədrlər Yerevana səfər edəcəklər. (Trend)

***

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) Ermənistana səfərlərinin vaxtı məlum olub.

Vasitəçilər Ermənistana fevralın 7-də səfər edəcəklər.

Onlar İrəvanda Ermənistan rəhbərliyi ilə danışıqlar aparacaqlar.

Fevralın 3-də isə həmsədrlərin Bakıya səfəri olacaq.

Vasitəçilər fevralın 4-də Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcəklər.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm