Nida Xəbər
Namizədliklərinin irəli sürülməsi təsdiq olunanların sayı 15-ə çatdı - MSK
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında daha iki nəfərin Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində namizədliyinin irəli sürülməsi təsdiq edilib.
İclasda prezidentliyə namizədliyi Vətəndaş və İnkişaf Partiyası tərəfindən irəli sürülmüş Əli Əliyevin və prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülmüş Sərdar Məmmədovun namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxılıb. Qeyd olunub ki, Ə.Əliyevin və S.Məmmədovun prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi üçün hüquqi əsaslar mövcuddur.
Məsələ səsə qoyulub və təsdiq edilib. Daha sonra Vətəndaş və İnkişaf Partiyasının və Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.
Bununla da Azərbaycanda prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq olunanların sayı 15 nəfərə çatıb. Bundan əvvəl MSK 13 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq etmişdi. (trend)
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO