Nida Xəbər
ATƏT-in müşahidə missiyasının üzvləri bu həftə Azərbaycana gələcək
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) aprelin 11-də keçiriləcək Prezident seçkiləri üzrə uzunmüddətli müşahidə missiyasının üzvlərinin bu həftə Azərbaycana səfəri planlaşdırlır.
Bu barədə "Report"a ATƏT DTİHB-nin Mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, missiyanın əsas vəzifələrindən biri seçkilərin müşahidəsinin maksimum geniş olmasını təmin etmək üçün plan hazırlamaqdır.
Həmçinin yaxın zamanlarda ATƏT DTİHB-nin müşahidə missiyasının rəhbərinin adı açıqlanacaq.
Xatırladaq ki, ATƏT DTİHB-nin qiymətləndirmə missiyası bu ilin fevral ayında Azərbaycanda səfərdə olub. Qurum Büroya aprelin 11-də Azərbaycanda keçiriləcək Prezident seçkilərinə müşahidəçi missiya göndərməyi tövsiyə edib.
Onların hazırladığı hesabatda Azərbaycana səsvermə günü seçki prosesini izləmək üçün 280 nəfər (qısamüddətli müşahidəçilər), eləcə də 30 uzunmüddətli müşahidəçi göndərmək tövsiyə edilib.
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır