Əli Həsənov: "Problemsiz dövlət deyilik, lakin bu problemlərin həlli yolu sabitlikdən keçir"
Bizi izləyin

Nida Xəbər

Əli Həsənov: "Problemsiz dövlət deyilik, lakin bu problemlərin həlli yolu sabitlikdən keçir"

"Dövlətin bir sıra təsisatları var ki, bunlarsız dövlət yaşaya bilməz. Bu təsissatlardan birincisi hüquq, ikinci iqtisadiyyat, üçüncü isə özünü qorumaq üçün güclü ordunun olmasıdır. Dövlətin ictimai rəyini formalaşdıran, daxildə, xaricdə etmək istədiyini, siyasətini, siyasi elitasını formalaşdıran jurnalistlər olmalıdır”.

Publika.az xəbər verir ki, bu sözləri ölkə prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda keçirilən tədbirdəki yekun çıxışında deyib.

Ə.Həsənov bildirib ki, bu gün Azərbaycan xalqından mandat alıb, vətəndaş hüquqlarının, təhlükəsizliyinin qarantı olan prezident var:

“Prezidentin planlarını, mülahizələrini bilirəm. Prezidentin siyasəti əhalinin böyük əksəriyyəti tərəfindən dəstəklənir. Bu günlərdə açıqlanan rəqəmlər də əhalinin 84 faizinin onun ətrafında birləşdiyini sübut etdi. Bu gün milli maraqlar, Azərbaycançılıq masa üzərindədir. Ya bunu qorumalıyıq, ya da Yaxın Şərqdə, müxtəlif adlar altında keçirilən inqilabların şahidi olacağıq. Biz 2003, 2008-ci illərdə də bu prosesləri müşahidə etdik. İndi də eyni proseslər yaşanır. Mövcud idarəçilik sistemini ələ keçirmək istəyi olanlar bizə qarşı belə planlar hazırlayırlar. Belə plan bu gün də var. Bu gün biz Avropaya qaz çəkirik, lakin bizimlə diplomatik əlaqələrimiz olan dövlətlər arasında da buna qarşı olanlar var. Biz problemsiz dövlət deyilik, lakin bu problemlərin həll yolu sabitlikdən keçir. Azərbaycanda sabitliyin olmasında marağı olmayan dövlətlər var. Enerji resurslarında maraqları olanlar var, biz sərvətlərimizi heç bir dövlətlə paylaşmırıq. Bu sərvətlərdə Azərbaycan xalqının maraqları dayanır. Prezident İlham Əliyevin müstəqil siyasəti bizi onların öz siyasətlərinə alət etməsinə imkan vermir. Biz hər zaman balanslı siyasət yürüdürük. Ölkəmizə bu cür qarşıdurmanı rəva görmürük və görməyəcəyik də”.

Ə.Həsənov onu da bildirib ki, İlham Əliyevdən hakimiyyəti almaq istəyənlər Azərbaycanın firəvan həyatında maraqlı deyillər:

“Azərbaycanda komandaxili münasibətlər nə qədər çox pozulsa, komanda ilə xalq araında nə qədər çox ziddiyyətlər yaransa, onlar üçün bir o qədər yaxşıdır. Milli elita bu məsələdə iradəsini ortaya qoymalıdır. İctimai dəstək qazanmayan heç bir qüvvə Azərbaycanda uğur qazana bilməz. Növbəti seçkilərdə kim seçiləcəksə, ictimai dəstək də onun yanında olacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm