Elmira Süleymanova: "Seçki demokratik və şəffaf keçəcək" - - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

Elmira Süleymanova: "Seçki demokratik və şəffaf keçəcək" - - FOTOLAR

"Seçkiləri təşkili uzun sürən prosesdir".

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Bakının 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində seçki prosesini izləyən zaman jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, seçki qanunvericiliyimiz Venetsiya normalarına uyğundur: "Fikrimcə, seçki demokratik və şəffaf keçəcək. Buna inanıram. Sadəcə olaraq səhvə yol verməmək üçün diqqətli olma lazımdır. Səhər saatlarından bir neçə seçki məntəqəsində olmuşuq. Orada 100-dən artıq seçici səs verib. Məntəqələrdə beynəlxalq müşahidəçilərin çox olması sevindiricidir. Onlar Azərbaycanda seçkilərin şəffaf keçirildiyinin şahidi olurlar. Ombudsman olaraq bizim əməkdaşlarımız da müşahidəçi kimi iştirak edirlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm