Nida Xəbər
Bolqarıstanlı mütəxəssis: "Seçki Azərbaycan xalqının iradəsini ifadə etdi"
Bolqarıstanın Azad və Demokratik seçkilər uğrunda
Vətəndaş Təşəbbüsü (GİSDİ) təşkilatı Azərbaycanda aprelin 11-də
keçirilən prezident seçkiləri ilə bağlı bəyanat verib.
Publika.az xəbər verir ki, GİDSİ-nin Azərbaycanda keçirilən
prezident seçkilərinin müşahidəsi üzrə seçki müşahidə missiyasının
rəhbəri Mixail Mirçev bildirib ki, seçki kompaniyası və seçki günü
aparılan müşahidələr və seçki nəticələri qaydalara uyğundur:
"Seçkiqabağı kampaniya ilə bağlı martın 29-da Aralıq Hesabatı
təqdim etmişik. Seçki günü seçki prosesi normal təşkil edilmişdi.
Seçicilərə təzyiq göstərilməsi müşahidə edilməyib. Seçki idarəetmə
orqanları və ya daha aşağı instansiya komissiyalarına - Dairə Seçki
Komissiyalarına qarşı ictimai nümayiş halları baş verməyib.
GİDSİ-nin müşahidəçiləri heç bir problem olmadan məntəqələrə daxil
olublar. İlkin faktlar və nəticələrə əsasən belə qənaətə gəlirik
ki, seçki qutularının möhürlənməsi ilə bağlı heç bir pozuntu qeydə
alınmayıb".
Mixail Mirçevin sözlərinə görə, səsvermə prosesi şəffaf keçib,
səsvermə kabinəsindən kənarda səsvermə halları müşahidə
edilməyib:
"Qutulara topa bülletenlərin atılması və ya bir seçicinin bir neçə
seçicinin yerinə səs verməsi cəhdləri müşahidə edilməyib. Səsvermə
məntəqəsinin heyət üzvləri və digər rəsmilər tərəfindən seçicilərə
hansısa namizədə səs vermələri ilə bağlı təzyiqin göstərilməsi
halları qeydə alınmayıb, hansısa namizədin xeyrinə təbliğatın
aparılması müşahidə edilməyib. Səsvermə prosesinə kənar müdaxilələr
olmayıb. Səslərin hesablanması prosesi şəffaf aparılıb. Bu proses
zamanı heç bir ciddi qanun pozuntuları qeydə alınmayıb. Ümumilikdə
seçki prosesi şəffaf aparılıb və seçki nəticələrinə mümkün təsir
edə biləcək ciddi qanun pozuntuları müşahidə edilməyib. Beləliklə,
GİDSİ belə qənaətə gəlir ki, 11 aprel prezident seçkiləri
beynəlxalq standartlara uyğun keçirilib və Azərbaycan xalqının
iradəsini ifadə edir".
Könül
-
Kriminal21:29
Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı
-
İdman20:48
Estoniya - Azərbaycan görüşündə üçüncü qol - CANLI/YENİLENDİ
-
Nida Xəbər 20:20
Oqtay Şirəliyev cərimələndi - Nə baş verib?
-
Magazin120:10
Emin Ağalarovun "SeaBreeze”də kimə ev verəcəyi bilindi - FOTO
-
Nəqliyyat18:35
Metroda qatarlar gecikdi - SƏBƏB
-
Sosial17:43
Arutyunyan və Babayanın həbs müddəti uzadıldı
-
Sosial17:16
Bu icra başçıları çətin durumda - Qanunsuz sənədlər aşkarlandı
-
İdman16:47
Olimpiadaya getmək istəyən cazibədar idmançı: Görün hansı yolla pul qazanır - FOTOLAR