Nida Xəbər
Ağdam kabus şəhərdir, Ermənistan dağılacaq, Azərbaycan... - Qarabağda ermənilərlə SENSASİYALI REPORTAJ (FOTO)
Ermənistanda Paşinyanın başlatdığı xalq hərəkatı davam edir. Etirazlar nəticəsində Serj Sarkisyanın baş nazir postundan istefa verməsi belə prosesi səgitmədi, əksinə, ilk qələbə qazanan Paşinyan hakim Respublika Partiyasının ümumiyyətlə, iqtidardan getməsi tələbi ilə inqilabi hərəkatı genişləndirir. İrəvan və Ermənistanın digər böyük şəhərlərində davam edən etiraz aksiyaları Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə yerləşdirilmiş ermənilərdə ciddi qorxu yaradıb.
Publika.az xəbər verir ki, erməni jurnalist Artur
Matveyevin “Life.ru” saytı üçün hazırladığı reportajda işğalçıların
narahatlığı aydın şəkildə öz əksini tapır.
Matveyev yazır:
Dağlıq Qarabağda heç kim yeni müharibə istəmir, amma hər kəsdə
müharibənin başlaması gözləntisi var. Xankəndində sakitlikdir,
şüarlar eşidilmir. “Aprel müharibəsi” başa çatıb, lakin hər kəsdə
yeni müharibə qorxusu var. Sakinlər danışırlar ki, İrəvanda
aksiyalar başlayanda yük maşınları əsgərləri cəbhəyə daşıyırdı,
həmçinin, hərbi texnika da hərəkətə keçdi. Əsgərlər tanklar və
artilleriyadan atəş açaraq sınaq keçir. Bəlkə də günəşli havaya
baxmayaraq, Qarabağdakı ermənilərin üzləri məhz müharibə qorxusuna
görə tutqundur.
- Mən bilmirəm gələcək necə olacaq, Sarkisyan getdi, amma
bu hər şeyin bitməsi deməkdirmi? Mən bilmirəm – Taksi
sürücüsü Qarik danışır. O, 6 il müqavilə ilə Qarabağdakı erməni
hərbi birləşmələrinə su daşıyıb. “Aprel müharibəsi”ndən sonra isə
istefa verib – Cəbhədə gərginlik var, biz bunu görürük və
bu, bizim də güzəranımıza mənfi təsir edir. Əgər Sarkisyan getdisə,
onun yerinə gələcək adam oğru olmamalıdır.
- Onda hər şey yaxşı olacaq – dükanın qarşısında
dayanmış ermənilərdən biri Qarikin fikrinə qüvvət verir.
- Müharibədən qorxmursunuzmu? – müxbir
soruşur.
- Biz qorxuruq, amma gedəcək yerimiz də yoxdur –
ermənilər cavab verir.
Matveyev Xankəndindən Martakertə doğru yol alır və yazır:
Biz Martakertə doğru yol alırıq və min bir əziyyətlə gedirik.
Qarabağda yollar dəhşətli vəziyyətdədir, “aprel müharibəsi” zamanı
dağılan yollar hələ də təmir olunmayıb. Kəndlərin yanından keçirik,
hər kənddə iki, üç ev var, ən sıx yaşayan kənddə evlərin sayı cəmi
10-dur. 1994-cü ildə müharibə qurtarandan sonra Qarabağda evlərin,
binaların, ümumilikdə infrastrukturun çoxu bərpa edilməyib. Biz
çayı keçirik, sağda dağılmış böyük beton keçid var. Hələ 90-cı
illərdə müharibə zamanı Azərbaycan Ordusunun qarşısını almaq üçün
bu keçidi dağıdıblar və o zamandan bəri bərpa olunmayıb. Onun
yerinə yaxınlıqda piyada keçidi tikilib. Hər şey sanki 90-cı
illərdə qalıb, avtobuslar, qatarlar o dövrə aiddir.
10 evdən ibarət qəsəbəyə daxil oluruq. Yaxınlıqda qoyunlar otlayır,
yol kənarında üç kişi oturub mübahisə edir.
- Mən İrəvanda oturan siyasətçilərin Azərbaycandan çox
qorxduqlarını deyirəm. Siyasətçiləri biz sevmirik –
mübahisə edən erməni deyir.
Baqi adlı erməni müharibə istəmədiklərini bildirir:
- Siyasətçilər üçün biz bu qoyunlardan fərqli
deyilik - əli ilə otlayan sürünü göstərir – Onlar
deyəcək: gedin vuruşun, ölün, biz pul qazanaq.
Sonra “Qarabağ gedəcək, Ermənistan məhv olacaq”
deyir və gedir.
Martakertdə 200 ailə yaşayır, qəsəbənin ətrafı postlarla,
səngərlərlə örtülüdür. Burada son günlər hər kəs müharibədən
danışır. Hətta təmas xəttində əsgərlərin tez-tez hərəkətə keçdiyini
deyirlər. Vorenika adlı erməni qadın isə buna inanmaq istəmir və
hər gecə müharibənin olmaması üçün Allaha dua edir. O, ailəsini
dolandırmaq üçün bostanda işləyir və ümid edir ki, müharibə olmadan
məhsulunu toplaya biləcək. Qəsəbədə işsizlik hökm sürür, insanların
yaşayışı çox çətindir. O, 37 illik həyatı boyunca müharibədən
qaçıb. 90-cı illərdə bütün ailəsi ilə birlikdə Madaqizə gediblər,
“aprel müharibəsi”ndə isə Martakertə gəliblər.
- Üçüncü dəfə isə artıq heç yerə qaçmayacam. Nə qədər qaçmaq olar?! Mən qızımı və anamı Xankəndinə göndərdim. Onlar qayıtmaq istəyirlər, amma mən qoymuram. İki il əvvəl qəsəbəni 42 ailə tərk elədi. Bir neçəsi qayıtdı, qalanları gəlmədi. Müharibə istəmirəm, artıq yorulmuşam. Normal yaşamaq istəyirəm, siyasətin qurbanı olmaq istəmirəm – Voroneka danışır.
Xankəndinə qayıdırıq, lakin qayıdan yol bağlıdır. Çünki orada
əsgərlər təlim keçir, məcbur qalıb Ağdam istiqamətindən gedirik.
Xəritədə Ağdam böyük şəhər kimi görünür, amma reallıqda bura kabus
şəhərdir. Sanki evlərin qəbiristanlığıdır bura. Biz çox yavaş
gedirik, çünki Qarabağda yollar pisdir, burada isə ümumiyyətlə, yol
yoxdur. Solda və sağda dağılmış evlər tikanlı məftillərlə
hasarlanıb.
Müharibədən 25 il keçsə də, orada hələ də partlamamış mina və
mərmilər ola bilər. Bəzən xarabalıqların arasında mədəniyyət
sarayının böyük sütunlarını və məscidin minarələri gözə dəyir.
Ağdamda müharibənin məhv etdiyi sivilizasiya haqqında film çəkmək
olar.
Asif
-
Dünya16:00
İran Trampı öldürmək üçün hərəkətə keçdi: Siyahıda onların da adı var
-
Sosial14:40
Azərbaycanda hotellərin qiyməti qalxır: Səbəblər bəllidir
-
İqtisadi gündəm14:02
Türkiyə üçün tarixi şans: Ankara bunu siyasi "kozır"a çevirəcək
-
Sosial13:00
Əhməd Əhmədova ailə mülkiyyətindən pay düşürmü? - Vəkil danışdı
-
Dünya12:20
Ukrayna üçün şok proqnoz: "Sadəcə öləcək!"
-
Sosial11:45
Emin Ağalarovun ev verdiyi qadın görün kim imiş - VİDEO
-
Sosial11:30
Bakıda taksilərlə bağlı bu problem həll olunur: Daha narazılıq olmayacaq?
-
Sosial10:40
Azərbaycanlılara xaricdə ev aldıran səbəblər