Nida Xəbər
DGK Rusiyaya qanunsuz qərənfil daşınması xəbərlərinə münasibət bildirdi
Ötən gün bir sıra kütləvi informasiya vasitələrində Dağıstan Gömrük İdarəsinin "Məhərrəmkənd" gömrük postunda Azərbaycandan Rusiya Federasiyasına gedən "Mercedes Benz" markalı avtomobildə qanunsuz şəkildə sərhəddən keçirilərək gömrük orqanına bəyan edilməyən 5 min ədəd qərənfilin aşkar edilməsi barədə məlumat yayılıb.
Publika.az xəbərinə görə, Dövlət Gömrük Komitəsindən bildirilib ki, 17 may 2018-ci il tarixdə Azərbaycandan Rusiyaya 5 min ədəd qərənfil yükü aparan hər hansı avtomobil keçməyib.
"Həmin tarixdə Rusiyaya gedən fiziki şəxslər-Azərbaycan Respublikası vətəndaşları Sadıx Məmmədov tərəfindən 1 qutu, Məhəmməd Osmanov tərəfindən 2 qutu və Rusiya Federasiyası vətəndaşı Mirsalamət Ələkbərov tərəfindən 1 qutu qərənfil aparılıb. Qeyd edək ki, adları çəkilən yüklər kommersiya məqsədləri üçün nəzərdə tutulmadığına görə sadələşdirilmiş bəyannamə ilə Azərbaycan gömrük orqanlarına bəyan edilib ki, bu zaman da qanunvericiliyə uyğun olaraq hər hansı digər əlavə sənəd tələb olunmur", - deyə məlumatda vurğulanıb.
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO