

Ermənistanda qədim Azərbaycan torpağı Naxçıvanla bağlı
iddialar yenidən gündəmə gəlib.
Publika.az xəbər verir ki, erməni politoloq Levon Şirinyan
bir az da irəli gedərək, bu il ərzində Naxçıvanı Ermənistan
ərazisinə qatacaqlarını iddia edib.
“Biz bu il Naxçıvan məsələsini bağlayacağıq. Birincisi,
siyasi-hüquqi mənada. Xarici İşlər Nazirliyində hesab edirlər ki,
vəziyyət dəyişib və Naxçıvanın “erməni torpağı” olması ilə bağlı
siyasi-hüquqi sənədlər hazırlanacaq və beynəlxalq təşkilatlara
veriləcək. Lazım olacaqsa, müharibəyə də başlayacağıq”, - deyə o
bildirib.
Əsgərimiz niyə şəhid edildi? - Ermənilərin Naxçıvan hücumunun ŞOK SİRRİ
Qeyd edək ki, mayın 20-də erməni hərbi birləşmələrinin Naxçıvan
istiqamətində hücuma keçməsi də təsadüfi deyildi.
Asif