Ukraynada Azərbaycan diaspor təşkilatları birləşdi - FOTO
Bizi izləyin

Nida Xəbər

Ukraynada Azərbaycan diaspor təşkilatları birləşdi - FOTO

Ukrayna Azərbaycanlıları Konqresi ilə Ukrayna Azərbaycancılılarının Birləşmiş Təşkilatı birləşmək barədə qərar qəbul edib və bu prosesi hüquqi cəhətdən başa çatdırmaq üçün işçi qrupu yaradılıb. Bununla bağlı diaspor təşkilatları geniş müzakirə aparıb, birləşmək qərarına yekdilliklə səs verilib və birgə fəaliyyətin mexanizmləri müzakirə edilib.

Publika.az xəbər verir ki, diaspor təşkilatlarının bu addımı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Ukraynaya rəsmi səfəri zamanı reallaşıb.

İşçi Qrup Ukrayna Azərbaycanlılarının Koordinasiya Şurasını yaratmaq barədə də razılığa gəlib və birləşmənin vacib olduğunu bildiriblər. Verilən mlumata görə, artıq Koordinasiya Şurasının ilk iclası keçirilib və təşkilatlar daha geniş miqyasda fəaliyyətə başlayacaqlarını elan ediblər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm