“Azərbaycanın Ali Baş Komandanı qəti qərar verəcək, əgər…” - EKSPERT
Bizi izləyin

Nida Xəbər

“Azərbaycanın Ali Baş Komandanı qəti qərar verəcək, əgər…” - EKSPERT

“Nikol Paşinyan BMT tribunasından çıxışı zamanı yenə öz ampulasında idi, yenə öz şousunu göstərirdi”.

Publika.az-a açıqlamasında bu sözləri politoloq Ramiz Alıyev Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışını şərh edərkən deyib.

Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin sülh şəraitində həllini istəməsinə toxunan politoloq ötən həftə Ermənistanda keçirilən “Şant-2018” hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsini xatırladıb. Politoloq qeyd edir ki, Paşinyanın bundan sonra özünü BMT tribunasına yazıq və zavallı göstərməsi gülünc doğurur.

Ramiz Alıyevin sözlərinə görə, Paşinyanın bir neçə gün əvvəl öz ölkəsində etdiyi çıxışlar BMT-də öz əksini tapmır və tam fərqli bir ampulada çıxış edir:

“Bu, çox istedadlı klon və şoumenlərin oyunlarına bənzəyir. Paşinyan BMT-də qeyd edir ki, erməni xalqının ikinci genosidini görmək istəmirsinizə, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasına imkan verməyin. Bir şəxs siyasətçi olsa belə, bu cür ifadələr işlətməsi üçün həyasız olması lazımdır. Paşinyan hamının gözü qarşısında BMT tribunasından BMT-nin özünün qəbul etdiyi qətnamələrə qarşı fikir bildirirsə və qətnamələrin heç bir işə yaramadığını bəyan edirsə, bu, beynəlxalq qurumların hansı vəziyyətdə olduğunu göstərir. Bu adam bildirir ki, Naxçıvanda olan proseslər Dağlıq Qarabağda da baş verəcək, etnik təmizləmə olacaq. Birincisi, Naxçıvanda hansı erməni yaşayıb ki, Azərbaycan onları oradan çıxarıb. İkincisi, hazırda Azərbaycanda nə qədər erməni əsilli insan təhlükəsiz şəkildə yaşayır. Azərbaycan vətəndaşının hansı hüquqları varsa, onların da həmin hüquqları var. Bu ermənilərin özləri bildirirlər ki, Azərbaycan dövləti milliyətindən asılı olamayaraq heç bir vətəndaşına fərq qoymur. Ona sual vermək lazımdır ki, ay şoumen Xocalı soyqırımını kim törədib, Dağlıq Qarabağ müharibəsi zamanı insanların ölməsinə kim səbəb olub, Dağlıq Qarabağ nə zaman Ermənistanın tərkib hissəsi olub, o torpaqlarda nə zamandan ermənilər yaşayıb, SSRİ vaxtı və ondan əvvəl ermənilərin bu torpaqlara köçürüldüyünü özünüz bilmirsiniz?”.

Politoloq qeyd edib ki, Nikol Paşinyanın timsalında Ermənistan rəhbərliyinin bu mövqeyi münaqişə ətrafında vəziyyəti daha da gərginləşdirir. Onun sözlərinə görə, İrəvanın mövqeyi beynəlxalq təşkilatları və onların qərarlarını saymamasının açıq ifadəsidir.

“Bu siyasət müharibə vəziyyəti yaradır. Hesab edirəm ki, bu cür bəyanatlar və çıxışlar davam edərsə, Azərbaycan ordusu və Azərbaycanın Ali Baş Komandanı qəti qərar verəcək və bu, son qərar olacaq. Bundan sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və Paşinyan İrəvanda və başqa bölgələrdə erməni xalqının ayaqları altında döyüləcək, söyüləcək, ya da ümumiyyətlə olmayacaq. Bütün bu prorses müharibəyə aparır. BMT kimi bir təşkilatın tribunasından bu cür sərsəm bəyanatların verilməsi təkcə Azərbaycanın işğal olunmuş ərazilərlə bağlı mövqeyi deyil, həmçinin beynəlxalq təşkilatlara və dünya dövlətlərinə hörmətsizlikdir. Belə çıxır ki, BMT-nin qəbul etdiyi qərarlar heç bir əhəmiyyət kəsb etmir. Əgər bu qərarlar əhəmiyyət kəsb etmirsə, onda hər kəs dursun kənarda. Azərbaycan öz ərazilərini azad etmək üçün bütün potensiala malikdir, istər hərbi, istərsə də iqtisadi baxımdan. Azərbaycan müdafiə büdcəsinə Ermənistanın büdcəsindən iki dəfə çox vəsait ayırır və Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu arasındadır”.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm