Paşinyanın xanımı Qarabağa qanunsuz gəlməklə əslində... - Millət vəkili AÇIQLADI
Bizi izləyin

Nida Xəbər

Paşinyanın xanımı Qarabağa qanunsuz gəlməklə əslində... - Millət vəkili AÇIQLADI

“Burada Rusiyanın deyil, erməni lobbisinə xidmət edən rusların dəstəyi var”.

Bu fikirləri Ermənistanın baş naziri Nikola Paşinyanın həyat yoldaşının bir neçə rus qadınını başına toplayaraq Qarabağa səfərini Publika.az-a şərh edən millət vəkili Aydın Mirzəzadə dilə gətirib.

Onun sözlərinə görə, burada hadisə başqadır, təsvir forması tamam başqa:

“Bilirsiniz, Paşinyanın həyat yoldaşının Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfərində onu sadəcə olaraq bir neçə nəfərdən ibarət xırda ictimai qadın qrupları müşayət edib. Eyni zamanda siyahının tam şəkildə elan edilməməsi də ondan xəbər verir ki, əslində bəlkə də bu qrup təsvir edildiyi qədər də böyük deyil. Həmçinin bu gün Ermənistan qərbyönümlü siyasət yeridir. Tamamilə mümkündür ki, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşının qərbdən olan ictimai fəal qadınları bu məsələyə cəlb edərək gerçəkləşdirməyə çalışdığı provokasiyası baş tutmayıb. Əslində mənə elə gəlir ki, Paşinyanın xanımı cəbhə xəttindən kifayət qədər uzaqda, mətbəxdə hərbi qulluq keçən oğlunu görmək üçün qanunsuz olaraq işğal altında olan Azərbaycana məxsus ərazilərə keçib. Keçərkən də "həm ziyarət, həm ticarət edib", bu məsələyə siyasi don geyindirməyə çalışıb. Onun Azərbaycan ərazisinə qeyri-qanuni daxil olaraq bunu “sülhməramlı” səfər adlandırması isə çox əcaibdir. Paşinyanın xanımı təmsil etdiyi ölkənin, qonşu dövlətin torpaqlarının 20 faizini işğal etməsini unudur və işğalçı ölkədən işğal edilmiş torpaqlara gələrək onları öz itkisi ilə barışıb, bu torpaqları az qala Ermənistana bağışlamağa çağırır. “Sülh” dedikdə ermənilərin başa düşdüyü yalnız budur. Azərbaycanın ərazi bütövlüyünün pozulması başa düşülür. Çox təəssüf ki, Ermənistanın yeni hakimiyyəti özündən əvvəlki hakimiyyətdən heç bir dərs götürmədi və onun yaşadığı taleyi təkrarlamaq üçün əlindən gələni edir. Bu gün Paşinyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı konkret bir planının olmadığını nəzərə alsaq, bu cür addımlar hakim komandanın lori dildə desək, vurnuxmasını göstərir. Bir tərəfdən əhali ondan söz verdiyi öhdəlikləri yerinə yetirməsini tələb edir ki, bunların içərisində də ən önəmlisi və ən çətini Dağlıq Qarabağ məsələsinin həll edilməsidir. Digər tərəfdən isə ölkədə hələ heç bir şey yoxdur, yalnız siyasi müttəfiqlərin sıradan çıxarılmasına çalışılır. Paşinyan isə əvvəlki hakim dairələr kimi öz həyat yoldaşını siyasi provokasiyalara cəlb edir. Bu isə siyasətdə olduca çirkin oyun hesab edilir. Əgər onlar hesab edirlər ki, bununla Azərbaycan öz torpaqlarından imtina edər, deməli, çox yanılırlar. Azərbaycan öz ərazi bütövlüyünü təmin etməkdə qətiyyətlidir və bunu mütləq təmin edəcək. Bu gün bunun üçün ölkəmizin siyasi iradəsi, böyük və hərbi strateji cəhətdən güclü ordusu və ən əsası öz xalqının rifahını düşünən, xalqının maraqlarına xidmət edən siyasətlə irəliləyən ölkə başçısı var”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm